• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Dövlət Beynəlxalq Banka görə çətin vəziyyətdə

11:05 29.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

3.3 milyardlıq problem neçə çözüləcək? Vahid Əhmədovdan SOS: “London məhkəməsinin qərarı ləğv edə bilməsək, büdcə üzərinə böyük ağırlıq gələcək”

London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.

Xəbər verildiyi kimi, bankın öhdəliklərinin restrukturizasiya prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. ABB restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb. Bu iki kreditor restrukturizasiya planı ilə razılaşmayıb

Qeyd edək ki, “Sberbank” 2016-cı ildə ABB-yə ticarət maliyyələşdirilməsi ilə bağlı 20 mln. dollar həcmində kredit ayırıb. FTİML isə ABB-nin 2019-cu ilədək tədavüldə olacaq 500 mln. dollar məbləğində istiqrazlarını alıb.

ABB hesab edir ki, London Ali Məhkəməsinin qərarı “Sberbank” və FTİML-yə ödəniş tələb etmək hüququ vermir. “Məhkəmə öz qərarında Azərbaycan Beynəlxalq Bankına bu problemin həlli üçün apelyasiya məhkəməsinə müraciət etməyi tövsiyə edib. İngiltərənin məhkəmə prosesi Azərbaycanda restrukturizasiya prosesinin uğurla başa çatmasına təsir göstərməyək”, - deyə ABB-nin məlumatında vurğulanıb.

Xatırladaq ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu. ABB 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.

Bəs görəsən, bu iki kreditorun yükləri də dövlət büdcəsinin üzərinə qoyulsa, bu hökumət üçün hansı çətinliklər yaradacaq? Büdcədə nəzərdə tutulan digər xərclərin, sosialyönümlü və investisiya yönümlü ayırmaların azalmasına səbəb ola bilərmi?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Milli Məclisin İqtisadi Siyasət, Sənaye  və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, ABB-nin  ödhəliklərinin restrukturzasiyası prosesi hələ başa çatmayıb: “Bu iki bank iddia qaldırıb, həmin iddialar da  London Ali Məhkəməsi tərəfindən təmin olunub. Yəqin ki, bizimkilər onu Beynəlxalq Apelyasiya Məhkəməsinə verəcəklər, orada baxılacaq və qərar qəbul ediləcək. Restrukturzasiya ilə əlaqədar vaxt artıq bitib, Azərbaycan hökuməti bu vaxtı uzatmaq istəyir. Çünki müəyyən problemlər səbəbindən Beynəlxalq Bankın öhdəliklərinin tam restrukturzasiyası mümkün olmayıb. Ona görə də, vaxtı uzatmaq istəyirlər. Bu normal bir haldır. Ancaq çalışmaq lazımdır ki, Beynəlxalq Apelyasiya Məhkəməsində London Ali Məhkəməsinin verdiyi qərarı ləğv etmək mümkün olsun. Əks halda həmin vəsait Azərbaycan dövləti üzərində qalacaq. Biz məcbur olacağıq ki, həmin vəsaiti ödəyək. Ona görə də, bu çox ciddi məsələdir. Bu qərarı apelyasiyaya verib məsələni dövlət səviyyəsində həll etmək lazımdır. Çünki ABB  artıq özəlləşdirilməyə çıxarılmalıdır. Özəlləşdirməyə çıxarılan bank da təmiz olmalıdır, orada ciddi problem olmamalıdır. İnvestorlar vəsait qoyarkən mütləq bu şərtləri nəzərə alırlar. Bu baxımdan dövlətin üzərində mühüm vəzifə Apelyasiya Məhkəməsinə verib, məhkəməni udmaqdır”.

V.Əhmədov onu da vurğuladı ki, əgər bu qərarın ləğvi baş tutmasa , həmin vəsaitin ödənilməsi büdcə üzərinə böyük ağırlıq formalaşdıracaq: “Əlbəttə, qərar ləğv olunmasa çətinlik olacaq. Bu çox ciddi prosesdir. Hökumət bu proseslə birbaşa məşğul olmalıdır. London Ali Məhkəməsinin qərarı qüvvədə qalsa, həmin vəsait dövlət büdcəsindən ayrılacaq və borc bağlanacaq. Bu da büdcə üçün əlavə yük deməkdir. Mən belə olmasını istəməzdim. Büdcədə Beynəlxalq Bankın öhdəliklərinin restrukturzasiyası üçün müəyyən vəsait ayrılıb. ABB-nin müəyyən öhdəliklərinin müəyyən hissəsi “Aqrarkreditbank”a tapşırıldı, müəyyən hissəsi üçün dövlət büdcəsindən vəsait ayrıldı. Ancaq bütünlüklə öhdəlikləri götürsək, orada milyardlardan söhbət gedir. Bu öhdəlikləri dövlətin öz üzərinə götürməsi Azərbaycanın beynəlxalq reytinqini saxlamaq üçün atıldı ki, beynəlxalq aləmdə dövlətimizlə bağlı problem yaranmasın. Mən hesab edirəm ki, düzgün addım idi. Ancaq London Ali Məhkəməsinin qərarı da bizim üçün əlavə bir yük oldu. Çalışmaq lazımdır ki, məhkəməni udaq və dövlət büdcəsindən əlavə vəsait ayrılmasın”.

Deputatın sözlərinə görə, ABB-nin sağlamlaşdırılması prosesi bu ilin birinci yarısında yekunlaşa bilər: “Beynəlxalq Bankın sağlamlaşdırılması əslində bu ilin yanvar ayının 1-ə qədər bitməli idi. Ancaq indi məhkəmə qərarı ilə bağlı belə bir məsələ də ortaya çıxdı. Yəqin vaxt müəyyən qədər uzanacaq. Bu bank dövlətin bankıdır və proses Maliyyə Nazirliyinin nəzarətindədir. Bu bankı nə qədər tez özəlləşdirsələr, nə qədər tez investisiya yatırımı başlasa, bir o qədər tez olar. Hesab edirəm ki, 2018-ci ilin birinci yarımilində bu məsələni yekunlaşdırmaq mümkün olacaq”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az