• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

68 milyonu kim ortadan çıxarıb: Ələddin yoxsa, Əmlak Komitəsinin rəhbərliyi?

14:55 19.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Daşkəsən Filizsaflaşdırma” ASC -nin fəhlələri ilginc faktlar açıqladılar - müəssə niyə özəlləşdirilə bilmir?

Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma” özəlləşdiriləcəyi günü gözləyir. Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub. Həmin gündən 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. Mətbuatda müəssisənin özəlləşdirilməsinin bəzi məmurların maraqlarına uyğun olmadığı haqda çeşidli yazılar dərc olunub. Ölkənin ağır sənayesini ayağa qaldıracaq gücdə olan “Daşkəsən Filizsaflaşdırma”nın məmur maraqları səddini nə vaxt aşacağı bəlli deyil. “Yeni Müsavat”ın reportyor qrupu sözgedən müəssisə ilə bağlı son durumu araşdırmaq üçün Daşkəsəndə olub.

Müəssisənin fəhlələri isə ehtiyac və borc içində çabalayırlar. Fəhlələr dövlət qurumlarına, mətbuat orqanlarına usanmadan şikayət yazıb, 2013-cü ildən almadıqları əmək haqlarını tələb edirlər. “Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb. Hazırda isə müəssisənin 340 işçisi var. 2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb. Bundan sonra bir tərəfdən rayonun sərt iqlimi, digər tərəfdən pulsuzluq fəhlələrin durumunu son həddə qədər qəlizləşdirib. Köhnəlmiş, qolları sürtülmüş nimdaş paltarlarda gəzən fəhlələr bu gün müəssisənin ətrafındakı dükan-bazarlarda arzu olunmayan müştərilərə çevriliblər. Orada 340 işçinin böyük hissəsini ad və soyadla tanıyırlar. Kimin rayonun hansı kəndinin, hansı küçəsində yaşadığını, neçə uşağının olduğunu belə satıcılar əzbər bilirlər. Fəhlələrin qapılarına getməkdən satıcılar da, fəhlələr də, onların ailələri də beziblər. Pul isə yoxdur. Olacağına ümidlər də artıq tükənib. Nisyə dəftərlərində ən böyük məbləğləri müəssisə fəhlələrinin adları qarşısında görmək olur.

“İllərdir ki, əmək haqqı ala bilmirik”

“2013-dən bu yana maaş almayan adamlara kim salam verər? İnsaflı satıcılar olmasa, batarıq. Aramızda elələri var, yeni ili sup-çörəklə qarşılayıb. Əkinimiz yox, biçinimiz yox. Evə getməyə belə üzümüz yoxdur. 40 il burada işləyənlər, külüng vuranlar var. Nə olsun? Pul ki ala bilmirik”. Bu sözləri müəssisənin fəhlələrindən biri deyir. Az keçmir ki, ətrafımıza 30-dan çox fəhlə toplaşır.

Yaşı 50-ni haqlayan fəhlələrdən biri deyir ki, 2013-cü ildə 20 min ton konsentrat çıxarıblar: “Burada ən böyük əmək haqqı 300 manat olub. 30 min əhalisi olan Daşkəsən rayonunun gözünü dikdiyi yeganə iş yeri buradır. 2016-cı il iyulun 13-də prezident sərəncamı ilə ”Daşkəsən Filizsaflaşdırma” özəlləşdirməyə çıxarıldı. Sevindik. Dedik ki, bir sahibkar buranı alar, bizə əmək haqqı verər. 4 dəfə özəlləşdirməyə çıxarıblar. Özəlləşdirmə baş tutmur ki, tutmur. İllərdir ki, əmək haqqı ala bilmirik”.


Müəssisənin hesabına 68 milyon avro pul gəlməli imiş

“Köhnə rəhbərlik vergi, sosial sığorta, elektrik enerjisinə görə borcları vaxtında ödəməyib. Yeni təyin olunan Fərid Əsədov isə hesaba pul yatıra bilmir. Dövlət Sosial Müdafiə Fondu, ”Azərişıq” müəssisənin hesabına sərəncam qoyub. Müəssisəni milyonlarla manat borca salıblar. Bizim çıxardığımız konsentratın tonunu 6-7 manata rəsmiləşdiriblər, daşıyıblar Potiyə, oradan da Çinə tonu 78 avrodan satıblar. Müəssisənin hesabına 68 milyon avro pul gəlməli imiş. Amma basıb yeyiblər. Biz fəhlələr də burada acından ölürük“ -digər bir fəhlə isə belə deyir.

Prezident müəssisənin 100 gün ərzində özəlləşdirməyə çıxarılması üçün vaxt qoymuşdu


Söhbətə qoşulan başqa bir fəhlə də əmək haqqı ala bilmədiklərindən gileylənir: “Dolana bilmirik. Burada iqlim sərtdir, evlərimizi də qızdıra bilmirik. Qazın, işığın pulunu ödəyə bilmirik. Borclu olmadığımız ünvan yoxdur. Prezident müəssisənin 100 gün ərzində özəlləşdirməyə çıxarılması üçün vaxt qoymuşdu. İl yarım keçib və müəssisə özəlləşdirilməyib. Biz əmək haqqı almadığımız müddətdə də konsentrat istehsal etmişik və həmin konsentratı daşıyıb xaricə satıblar. Biz bu gün də bilmirik ki, 100 min tondan artıq konsentratın pulu hara gedib, kimin cibinə gedib. Əvvəlki rəhbərlik Ələddin Sadıqovdan soruşurduq ki, pulları hara xərcləyirsiz, bizim əmək haqqımızı niyə vermirsiz? Deyirdi borca, vergiyə, sığorta pulunuza vermişəm. İndi bilirik ki, 2010-cu ildən bu yana bizim sığorta pullarımızı belə keçirməyib, 1 manat belə verməyib. Bu gün müəssisəyə daxil olan pullara da həbs qoyulub, maaş ala bilmirik. Müəssisəni milyonlarla borca salıblar”.

“Biz də çox acınacaqlı duruma düşmüşük. Get istənilən mağazaya gir, nisyə dəftərlərində bizlərin adı qarşısındakı rəqəmlərə bax! Görəcəksən ki, hərəmizin 300-500 manat borcu var. Elə fəhlə var ki, ona heç nisyə mal verən də yoxdur. O qədər borcu yığılıb ki… Bizə mağazalar nisyə də vermirlər, qaz-işığımızı da kəsirlər. Uşağı məktəbə yola sala bilmirik”.

Prezidentin qəbuluna gedəcəyik


Vahid Bayramov deyir ki, müəssisədə elə fəhlə var ki, işə gəlir, ondan-bundan çörək alıb yeyir. Müəssisə işçiləri borc almaqdan beziblər: “20 yanvarda borc-xərc edib Bakıya gəlib şəhidlərimizin ruhu qarşısında baş əyəcəyik, oradan da Prezident Administrasitasına qəbula gedəcəyik. Qoy bizim müəssisənin real durumunu bilsinlər. Özəlləşdirməyə açıq elan edilən müəssisənin iflic edildiyindən xəbərdar olsunlar”.

Hamının bizim mağazaya borcu var

Akif Bağırov isə təklif edir ki, fəhlələrin borclarını mağazalara getməklə öyrənək: “Mənim 400 manat borcum var. Gəlin mağazalara gedək, baxın, görün hansı gündə yaşayırıq”.

Fəhlələrin təklifi ilə müəssisə ətrafındakı mağazalara da baş çəkirik. Satıcı 5-6 borc dəftərinin vərəqlərini o üz, bu üzə çevirib əlini müəssisənin fəhləsi Elnur Məmmədov adı yazılan sətirin üstünə qoyur: “77 üstə gələk 10 manat, üstəgəl 21 manat… ümumilikdə bərabərdir 397 manat 20 qəpik. Müəssisənin digər işçisi Elnur Bağırovun borcu 328 manat 30 qəpik, bax, o çöldə dayanan Asimin, Qiyasın, Qasımın, elə çöldəkilərin demək olar ki, hamının bizim mağazaya borcu var”.



“Daşkəsən Filizsaflaşdırma”nın başına elə daş salıblar ki…

Çöldə isə müəssisənin 30-dan çox fəhləsi var. Yaxınlıqdakı un və un məhsulları satılan mağazada da oxşar durumdur. Satıcı Aygün xanımın üzündən narazılıq hiss olunur. Əlindəki alboma oxşar borc dəftərini həvəslə açıb kalkulyatoru qabağına qoyur və qalaqlanmış borcları hesablamağa başlayır. Fəhlələrin adı borc dəftərlərində yuxarı başdan yazılıb, satıcı deyir ki, adları yeni dəftərlərə köçürməkdən yorulub: “Nisyə un alıb çörək bişirib ailələrini saxlayırlar. Unu nisyə verməsək, bu adamların uşaqları ac qalar. Veririk, özümüz qazancsız qalırıq. Çox çətin vəziyyətdir. Fəhlələrin pulu verilsə, bizim də yükümüz azalar. Bax buradakı Bəndəl Məmmədovun mağazaya 540 manat borcu var. O dəfə Elnur gəldi, onu qovdum. Nə edim? 169 manat 50 qəpik borcu var. Vermir. Maaş almır axı. Qiyasın 280 manat borcu var. Unu alıb aparıb, pulunu da verə bilmir. ”Daşkəsən Filizsaflaşdırma”nın başına elə daş salıblar ki, bu fəhlələr də qalıb ortalıqda. Onlar batırlar, bizi də batırırlar”.

“Daşkəsən Filizsaflaşdırma”nın mal-materialını Gəncəyə daşıyıb metalloma təhvil verirlər



Yada salaq ki, “Daşkəsən Filizsaflaşdırma” ASC 2016-cı ilin martın sonundan bu günə qədər 4 dəfə satışa çıxarılıb. Rəsmi məlumatlarda qeyd olunur ki, müsabiqəyə investorlardan müraciət olmayıb. Müəssisənin fəhlələri isə bu fikirlə razı deyillər. Onların sözlərinə görə, özəlləşməyə qarşı çıxanlar var. Məqsəd isə “Daşkəsən Filizsaflaşdırma”nın əmlakını dağıtmaqla dəyərsizləşdirməkdir.

“Ələddin Sadıqov bizə əmək haqlarımızı vermirdi, əvəzində eşidirdik ki, Bakıda, Gəncədə obyektlər alırdı, Gürcüstanda hoteldən belə alıb. Müəssisəni böyrü üstə qoydu. Prezident deyir ki, yerlərdə istehsal müəssisələri yaradın. Bu adamlar isə olan istehsal sahəsini məhv edirlər. Gecə-gündüz ”Daşkəsən Filizsaflaşdırma”nın mal-materialını Gəncəyə daşıyıb metalloma təhvil verirlər, bahalı, paslanmayan dəmirdən olan materialları Gəncədə tikilən bazarın damına vurublar. Avtokalonda traktor, maşın, texnika qalmadı, doğradılar, daşıyıb aparıb Gəncədə satdılar. Biz prezidentə, baş nazirə də bu haqda yazmışıq, amma şikayətlərimizin ünvana çatmasına imkan verilmir. Bizlər də borc içində batırıq”.

“Daşkəsən Filizsaflaşdırma”nın rəhbərliyindən isə suallarımızı cavablandırmaq istəmədilər.

Xatırladaq ki, ASC-nin elan olunmuş özəlləşmə şərtləri belədir:

Qara metallurgiya müəssisələri zənciri yaradılması nəzərə alınmaqla ümumi investisiya həcmi azı 600 milyon dollar olmalı, dövlət büdcəsinə azı 100 milyon manat köçürülməlidir.

İddiaçılar qarşısında qoyulan şərt və tələblər

Müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klaster yaradılmalıdır. 5 il ərzində icra olunacaq İnvestisiya Proqramı (biznes-plan) təqdim edilməlidir:
– səhmdar cəmiyyətinin istifadəsində olan yataqlardakı dəmir filizinin mövcud qanunvericiliyə uyğun olaraq təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla illik hasilatının həcmi ilə bağlı təklif;

– rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü son məhsul istehsalının ölkə daxilində təşkil edilməsi ilə bağlı qurulacaq istehsal zəncirinə daxil olan müəssisələrə və onların istehsal gücünə dair təklif;

– istehsal olunacaq hazır məhsulların çeşidinə dair (məsələn, ikitavr, polad künclük, şveller, pəstah, dəmir lövhə, boyalı/boyasız rulonlar və s.) təklif;

– müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işlərinə dair təklif;

– yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təklif;

– yeni iş yerlərinin yaradılmasına dair təkliflər (1.000 iş yerindən az olmayaraq);

– istehsal olunacaq məhsulların satış bazarları haqqında təklif;

– təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5 (beş) %-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi və ondan istifadəyə dair təklif (məbləğ qeyd olunmaqla).

– Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi. Təklifin minimal həddi 100 milyon manat müəyyən edilməklə, maksimal həddi iddiaçılar tərəfindən təklif olunmalıdır.(musavat.com)



“AzPolitika.info” onu da əlavə edir ki, Səhmdar Cəmiyyətlər özəlləşdirilənə qədər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin idarəetməsində olur. Əmlak Komitəsi Səhmdar Cəmiyyətlərə təyin etdiyi rəhbərlər vasitəsilə özəlləşdirilməyə açılan zavod və fabriklərə nəzarə edir. Səhmdar Cəmiyyətlərin əldə etdiyi vəsaiti bölüşdürülməsi də Əmlak Komitəsinin rəhbərliyinin birbaşa razılığı əsasında həyata keçirilir.

Bu baxımdan “Daşkəsən Filizsaflaşdırma” ASC-də  68 milyonun (bu hələ fəhlələrin bildiyidir-müəl.) mənimsənilməsinin Əmlak Komitəsinin rəhbərliyinin məlumatı olmadan baş verməsi inandırıcı deyil. Belə böyük miqyasda pulun ortadan çıxarılmasının bilavasitə Kərəm Həsənovun tapşrığı ilə baş verib-vermədiyini söyləmək mümkün olmasa da, məsuliyyəti  Əmlak Komitəsinin rəhbərliyi daşıyır. Ancaq buna görə onları məsuliyyətə cəlb edən olacaqmı?    

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az