• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Banklar Assosiasiyası Palataya qarşı – “Qanunda belə yazılmayıb”

11:17 29.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Qarşıdan gələn 2018-ci ildə bank sektoru üçün yeniliklərdən biri də məhkəmələrdə yaranacaq çətinliklər olacaq

Gələn il banklar problemli borclarla, ümumiyyətlə müştəriləri ilə münasibətlərlə bağlı məhkəmə çəkişməsində təmsilçiliklə bağlı prbolemlər yaşayıcaqlar.

Kollektorların məhkəməyə yolu bağlanır

Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən və 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək dəyişikliklərə görə, gələn ildən etibarən bankları məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda digər üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz.

Halbuki indiyədək məhkəmələrdə bankları məhz hüquq şirkətləri adı altında fəaliyyət göstənrən kollektorlar və onların əməkdaşları təmsil edirdi.

Banklar nazirlikdən kömək istəyəcək

Banklar bu dəyişiklik ilə bağlı öz narahatlıqlarını artıq bildiriblər. Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun dekabrın 8-də keçirilən iclasında Məcəlləyə dəyişikliklərin bank sektorunda yarada biləcəyi çətinliklər və görülməli olan tədbirlər müzakirə olunub. İclasda qərara alınıb ki, ABA tərəfindən problemli kreditlərlə bağlı məhkəmə işlərinin mövcud qanunvericilik əsasında məhkəmədənkənar həlli üsullarının tətbiqi mexanizmləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunsun. Eləcə də, banklar bu məsələ ilə bağlı təcrübələrini bir-biri ilə bölüşsünlər. Amma yeni ilə iki gün qalmasına baxmayaraq  hələ də bu müraciət edilməyib və məsələ açıq qalmaqdadır.

Bank işçiləri vəkil imtahanına hazırlaşır

ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev bildirib ki, artıq banklar yeniliyə hazırlaşırlar. «Əvvəllər bu proses, yəni bankların məhkəmədəki  iştirakçılığı hüquq şirkətlərinin əməkdaşları vasitəsilə aparılırdı, indiyədək həmin işçilərin vəkil olması tələbi yox idi. İndi isə dəyişikliyə görə, bankı məhkəmədə yalnız vəkil təmsil edə bilər. Ona görə də, həmin əməkdaşlar vəkillik imtahanına hazırlaşırlar. Onlar vəkil olduqdan sonra bankları məhkəmələrlə təmsil edə biləcəklər».

Bankların öz hüquqünasları da vəkil olmağa hazırlaşırlar. Bəzi bankların əməkdaşları artıq vəkillik imtahanları verərək vəkil statusu almaq və məhkəmələrdə iş yerini təmsil etmək niyyətindədirlər.

Yeri gəlmişkən, indiyədək qanun vəkillərə əsas iş yeri olmasını qadağan edirdi. Amma son dəyişikliklərdən sonra bu qadağa aradan qaldırılıb və bank əməkdaşları həm də vəkil kimi fəaliyyət göstərə biləcəklər.

«Onlar qanunsuz fəaliyyətə öyrəşiblər»

Hüquqşunas ekspert Əkrəm Həsənov da bildirir ki, hazırda Azərbaycanda kollektor adı ilə fəaliyyət göstərən 4-5 şirkət var. Adında kollektor sözü olmayan və bu işlə məşğul olan şirkətlər isə çoxdur. Qanuna dəyişikliklər həmin şirkətlərin məhkəməyə yolunu bağlayır və onları qanundan kənar sayır: «Banklarla kollektor agentlikləri arasındakı iş müqaviləsi ləğv olunmalı və banklar bu problemləri özləri həll etməlidir. Böyük ehtimalla banklar hüquq və problemli kreditlərlə iş şöbəsinin əməkdaşlarının sayını artırmalı olacaqlar. Güman edilir ki, kollektorların əməkdaşları bankların sözügedən şöbəsinə işə alınacaqlar».

Bununla yanaşı, Ə.Həsənovun sözlərinə görə, kollektorların fəaliyyətini dayandırması və onların bank işçiləri ilə əvəzlənməsi əvvəlki efekti verməyəcək: «Çünki, banklar kollektorlar kimi müştərini fəaliyyət binasına çağırıb fiziki güc tətbiq edə bilməyəcək. İstisna olunmur ki, banklarla kollektorların qanunsuz iş birliyi hələ davam edəcək. Çünki, onlar artıq qanunsuz fəaliyyətə öyrəşiblər».

Ekspert bildirir ki, artıq bu məsələ, yəni kollektorların fəaliyyətinə nəzarətin artması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib.

Palata: Kollektor fəaliyyəti qanunsuzdur

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) kollektorlarla bağlı mövqeyi artıq məlumdur. Palatanın hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev bankların vaxtı keçmiş kreditlərin yığılmasını kollektor agentliklərinə həvalə etməsini tənqid edərək, kollektorların fəaliyyətinin qanunsuz olduğunu bildirib. Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Palata nümayəndəsi bildirib ki, «bank sirri yalnız müştərinin özünə, məhkəmə və nəzarət orqanına bəlli ola bilər». Başqa sözlə, bu mövqedən belə bəlli olur ki, kollektorlar nəinki bankları məhkəmədə təmsil edə bilməzlər, hətta onlara müştərilər arədə məlumatların verilməsi də qanunsuzdur.

Banklar Assosiasiyası: Kollektorlar qanunsuz deyil

Amma Banklar Assosiasiyasında Palatanın bu mövqeyi ilə razılaşmırlar. ABA-nın hüquqşünası Qorxmaz Ağayev isə bildirir ki, kollektorların fəaliyyətinin qanunsuz olması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil. Azərbaycanda icazə verilən sahibkarlıq fəaliyyəti növləri «Sahibkarlıq haqqında» qanunda əksini tapıb. Hər hansı fəaliyyətin qadağan olması qanunvericilikdə göstərilir. Qadağan olunmayan və fəaliyyəti məhdudlaşdırılanların dairəsi də göstərilir: «Lisenziyalaşdırılan və qadağan edilən siyahıda kollektor fəaliyyəti yoxdursa, demək ki, icazəlidir. Kollektorlar bütün dünyada tətbiq olunan bir sistemdir. Palatanın belə bir fikri olsaydı bu fikir mətbuatda yox, banklara göndərilən rəsmi məktublarda, palatanın özünə məxsus normativ sənədlərində öz əksini tapmış olardı. Belə bir sənəd isə yoxdur. Hazırda bu barədə rəsmi olaraq heç nə olmadığı üçün kollektorların fəaliyyətinin qadağan olunması deyə fikir səsləndirmək düzgün olmazdı”. /fed.az


MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az