• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Əjdər Olun “Portretlər“inin qəhrəmanları...

14:05 02.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Bu yaxınlarda Tbilisinin "Universal" nəşriyyatında Azərbaycan yazıçısı Əjdər Olun "Portretlər" adlı hekayələr kitabı gürcü dilində işıq üzü görüb. Kitabın redaktoru Quri Otobaiya, tərtibçisi Rafiq Hümmətdir. Kitab artıq gürcü ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli “Portretlər” haqqında təəssüratlarını bölüşərkən bildirib: "Həmkarımız Əjdər Olu gürcü dilində çap olunmuş "Portretlər" kitabının işıq üzü görməsi münasibətilə təbrik edirik. Onun gürcü yazıçıları və ziyalıları arasında çoxlu dostları var. Biz belə fikirləşirik ki, onun "Portretlər"inin qəhrəmanları gürcü oxucuları üçün də sevimli personajlara çevriləcəklər. Bu kitab Azərbaycan və Gürcüstan mədəniyyətləri arasında dostluq münasibətlərinin dərinləşməsində müstəsna rol oynayacaq.

Ölkələrimiz arasında mədəni əlaqələrin tarixi kökləri var. Biz yazıçılar bu ənənələri daim davam etdirməliyik. Mən çox şadam ki, bu yaxınlarda Gürcüstan Yazıçılar Birliyinin tərkibində Azərbaycan bölməsi yarandı. Bölmənin sədri isə şair Allahverdi Təkləli (Əhmədov) təyin olundu. Əminəm ki, Azərbaycan və gürcü ədəbiyyatlarının təbliğində bu bölmə yüksək peşəkarlıq nümayiş etdirəcək. Biz istəyirik ki, ildə azı iki dəfə Azərbaycan və gürcü yazıçılarının, təbii ki, tərcümə olunmuş almanaxlarını çap edək. İnanıram ki, Azərbaycan bölməsi hər iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Bu minvalla hər iki xalqa sülh və əmin-amanlıq arzulayıram".

"Tsiskari" ("Səmanın qapısı") jurnalının baş redaktoru, professor Amiran Qomarteli isə  bu barədə söhbət əsnasında deyib: "Əjdər Olun "Portretlər" kitabının gürcü dilində çap olunması bizim ictimaiyyət üçün əlamətdar hadisədir. Jurnalın növbəti sayında istedadlı Azərbaycan yazıçısının iki hekayəsini dərc etməyi planlaşdırırıq. Biz öz səhifələrimizdə vaxtaşırı Azərbaycan yazıçılarına  da geniş yer veririk. Məsələn, Elçin Əfəndiyevin, Yusif Səmədoğlunun, Afaq Məsudun əsərlərini,  gənc yazıçı Jalə İsmayılı, şairlərdən Allahverdi Təkləlini, Rafiq Hümməti artıq çap etmişik. Gələcəkdə də bu ənənələri davam etdirəcəyik. Mən xüsusilə qeyd etmək istərdim ki, Gürcüstanda və Azərbaycanda tanınan çox istedadlı bir gənc - Oqtay Kazımlı tərcümə sayəsində çox uğurlu fəaliyyət göstərir. Mən onun yaradıcılığını yüksək qiymətləndirirəm. O, mənim tələbəm olub və son illərdəki məhsuldar işinə görə gələcəyinə böyük ümid bəsləyirəm. Bu gün biz tərcüməçi və yazıçı İmir Məmmədli ilə də sıx əməkdaşlıq edirik. Oktyabr ayının 11-də Gürcüstan Yazıçılar Birliyi sədrinin və şair Allahverdi Təkləlinin təşəbbüsü ilə bizim Yazıçılar Birliyində Azərbaycan bölməsi yarandı. Bu bölməyə Gürcüstanda yaşayan azərbaycanlı yazıçılar üzv seçiliblər. Əminəm ki, bölmə iki xalq arasında mədəni körpü olacaq”.

Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təkləli də fikirlərini bölüşüb: "2017-ci il oktyabrın 11-də Birliyin akt zalında Azərbaycan bölməsinin yaranması rəsmi olaraq elan edildi. Bölmənin yaradılmasında məqsəd Azərbaycan və gürcü ədəbiyyatı və mədəniyyətlərinin bir-birinə inteqrasiyasını təşkil və təmin etməkdir. Bundan əlavə, Azərbaycan bölməsinin orqanı kimi "Körük" jurnalını çap etməyi planlaşdırırıq. Bu da Gürcüstanda yaşayıb-yaradan yazarların yetişməsində mühüm rol oynayacaq. "Körük" jurnalı həm Gürcüstanın, həm də  dünya ədəbiyyatı və mədəniyyətinin yayımında böyük rol oynayacaq. Tanınmış ədibimiz Əjdər Olun "Portretlər" kitabının gürcü dilində nəşri və gürcü oxucularının ixtiyarına verilməsi 2017-ci ilin mühüm ədəbi hadisəsidir. "Portretlər"də toplanmış əsərlər  Əjdər Olun yaradıcılığında xüsusi yer tutur. Mən həmkarıma yaradıcılıq uğurları diləyirəm”.

Tbilisidə çıxan "Sözün işığı" qəzetinin baş redaktoru, elmlər doktoru, Gürcüstan Yazıçılar Akademiyasının, Gürcüstan və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əziz Dəlivəlovun fikrincə, Əjdər Olun "Portretlər" kitabının gürcü dilində çap olunması Azərbaycan və Gürcüstan ədəbi əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Qeyd edək ki, "Portretlər" artıq İvane Cavaxişvili adına Tbilisi Dövlət Kitabxanasına, Gürcüstan Yazıçılar Birliyinə və onun Azərbaycan bölməsinə, həmçinin, "Tsiskari" jurnalının redaksiyasına hədiyyə olunub.

Fotolar


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az