• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Bakı və Abşeronda zəlzələ ehtimalı - iki proqnoz

13:05 25.11.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Qurban Yetirmişli: "Paytaxtda və yarımadada zəlzələ ocağı yoxdur”; Telman Zeynalov: "Gündə min dəfə də zəlzələ baş verə bilər, ancaq təşvişə düşmək lazım deyil”

MilliYol.Az musavat.com-a istinadən xəbər verir ki, noyabrın 24-də Saatlı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən mətbuata verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:02:04-də qeydə alınıb. Ocağı 58 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Ölkə ərazisində yeraltı təkanların hələ də davam etməsi bir sıra insanlarda müəyyən qədər qorxu yaradıb. Hətta paytaxtda özləri üçün "zəlzələ çantası” hazırlayanlar belə var. Biz də baş verən zəlzələnin paytaxtda və Abşeron yarımadasında ola bilmə ehtimalını öyrənmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ilə əlaqə saxladıq.

Q.Yetirmişli Bakıda və Abşeron yarımadasında zəlzələ ocağının olmadığını dedi: "Burada zəlzələ baş vermir. Ancaq zəlzələ təsiri Xəzər dənizində olan zəlzələ ocaqlarından gəlir. 2000-ci ildə Bakıda baş vermiş zəlzələ Xəzərin cənub şərqində olmuşdu. Bakı və Abşeronda baş verən həmin zəlzələnin təsiri idi”.

Q.Yetirmişli Azərbaycan ərazisində tarix boyunca baş vermiş zəlzələlərə gəlincə isə ilk zəlzələnin Gəncədə baş verdiyini dedi: "Ölkəmizin zəlzələ tarixi 427-ci ildən başlayır. İlk zəlzələ Gəncədə olub. Həmin il Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində xeyli insan həlak olub. Azərbaycanın seysmoloji tarixinin əsası da həmin ildən başlanır.  Bu zəlzələdə Gəncə bütünlüklə dağılıb. Bu barədə tarix, ədəbiyyat kitablarında da yazılıb. Şamaxı zəlzələsi sonra olub. 1667, 1669, 1671-ci illərdə  ard-arda baş verən bu zəlzələlər Azərbaycan tarixində ən güclü təkanlardan sayılır. Bu üç zəlzələdə 100 mindən artıq insan həlak olub. 1667-ci ildə Şamaxıda baş verən zəlzələ isə 10 bala yaxın idi. Bu zəlzələlərin ən pis cəhəti o idi ki, onlar həm də çox ciddi ekoloji böhran yaratdılar. Zəlzələlər  ekologiyaya ağır zərbə vuraraq, bir andaca Şamaxının xarabalığa çevrilməsinə, yaşıllıqların yerində uçurumlara səbəb oldu. 1669-cu ildə baş verən zəlzələ nəticəsində minlərlə ev dağıldı, 7 min nəfər insan bu dəhşətli fəlakətin qurbanı oldu, yüzlərlə bulaq  qurudu, meşələr isə yerin altına getdi. Yaşıllıqlar vadisi adlanan Şamaxı ekoloji baxımdan insan yaşaması mümkün olmayan bir xarabalığa çevrildi.  Şamaxıda axırıncı zəlzələ isə keçən əsrin əvvəli 1902-ci ildə olub”.

Ekoloq Telman Zeynalov Bakıda zəlzələ baş versə belə insanların təşvişə düşməsinə heç bir əsas olmadığını dedi: "İnsanları qorxudan məlumatlar yayılır ki, bu gün sabah İranda, İraqda, Türkiyədə baş verən zəlzələlər Bakıda da olacaq. Abşeron yarımadasında, Böyük Qafqazda, Kiçik Qafqazda, Talış dağlarında da. Cavan dağlarda mütəmadi olaraq zəlzələlər baş verir. Çünki burada hələ yer kürəsi formalaşmayıb. Ona görə də zəlzələ burada 4 bala qədər mütəmadi olacaq. Bu da qorxulu deyil.  Bizim zəlzələlərlə məşğul olan, əllərini sinəsinə vuraraq biz alimik deyən şəxslər proqnoz verə bilmirsə, demək ki, onlar alim deyil. Camaatı qorxutmaq lazım deyil. Lap 5 bal gücündə zəlzələ olsa belə, heç bir bina sökülüb dağılmayacaq. İndi kim bina tikirsə, 8-9 bal gücündə zəlzələyə tab gətirə biləcək binalar tikir. 2000-ci ildə Bakıda 6.8 bal gücündə zəlzələ baş vermişdi. Hansı bina uçdu? Heç biri. Türkiyədə 5,7 bal oldu, bütün binalar uçdu. Çünki binalarını zəlzələni gücünə uyğun tikmirlər. Bakıda yalnız köhnə beş mərtəbəli binalarda çat baş verdi vəssalam. Onu da düzəltdilər. Buna görə də təşvişə ehtiyac yoxdur. Gündə min dəfə də zəlzələ baş verə bilər. Bu o demək deyil ki, camaat evindən eşiyindən didərgin düşüb gedib çöllərdə qalsın”.

MilliYol.Az 

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az