Yeni mövsümdə futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparacaq "Şuşa-Qarabağ"ın mətbuat xidməti məlumat yayıb. MilliYol.Az xəbər verir ki, məlumatda deyilir:
"Şuşa-Qarabağ" Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, komanda rəhbərliyinin keçirilən bugünkü iclasında alınmış olan qərara əsasən bu gündən etibarən komanda adından kütləvi informasiya vasitələrinə, informasiya agentliklərinə, internet saytlarına və dövri mətbu nəşrlərə komandanın adından açıqlama vermək hüququ "ŞUŞA-QARABAĞ PEŞƏKAR FUTBOL KLUBU” MMC-nin prezidentinə və komandanın mətbuat xidmətinin rəhbərinə aiddir. Bunların xaricində kütləvi informasiya vasitələrinə verilən hər hansı bir açıqlama və ya ifadə komandanın adından verilmiş sayılmır və komanda üçün bir bağlayıcılıq daşımır".
MilliYol.Az
Digər xəbərlər
loading...