• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

“Neft vəsaitləri əsasən infrastruktur layihələrinə xərcləndi”

10:28 10.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Hökumətin uzun illərdir ölkəyə daxil olan neft pullarını effektiv xərcləməməsi ilə bağlı iradlar mətbuatın gündəmindən düşmür

Müxalif düşərgə də hakimiyyəti 150 milyard dollar neft pulunu mənimsəməkdə ittiham edir. Bu rəqəmin özü də mübahisəlidir.

Bəs görəsən, bu günə kimi ölkəyə neft hasilatından nə qədər vəsait daxil olub? Ekspertlər həmin vəsaitlərin xərclənmə prinsipini necə dəyərləndirirlər?

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsvat”a açıqlamasında bildirdi ki, neft vəsaitlərinin xərclənməsi ilə bağlı yanaşmalar birmənalı deyil: “Azərbaycana karbohidrogen məhsullarının satışından 145 milyard ABŞ dollarına yaxın pul vəsaiti daxil olub. Bunun təxminən 115 milyard manata yaxını xərclənib. Qalan vəsaitlər isə Neft Fondunda saxlanılır. Neft Fondundakı vəsaitlərin bir qismi də həmin pulların idarə edilməsindən əldə olunan gəlirlərdir. Neft Fondu il ərzində vəsaitlərin idarəedilməsindən  təxminən 1,5 milyard dollara yaxın gəlir əldə edir ki, bu da Fondun yığımlarına öz təsirlərini göstərir”.

R.Həsənov vurğuladı ki, indiki halda qeyd edilən rəqəm Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir: “Bu vəsaitlərin əhəmiyyətli hissəsi  qısamüddətli dövr ərzində xərcləndi. Həmçinin daha çox  infrastruktur layihələrinə yönəldilməklə xərcləndi. Dünyada infrastruktur layihələri ən riskli layihələr  olmaqla yanaşı, korrupsiyaya da açıq layihələr sırasına daxildir. Bu da hökumətin neft vəsaitlərini idarəetmə siyasətinə, xərcləmə siyasətinə müəyyən şübhələr yaratdı. Faktiki olaraq, Azərbaycanın bu istiqamətdə mövqeyi daha çox infrastruktur yönümlü xərclər istiqamətində oldu. Ancaq Norveçdə daha çox yığıma yönəldilir, Azərbaycanda isə daha çox xərcləmələrə yönəldilir. Buna müəyyən qədər ehtiyac da var. 

Çünki  ölkədə infrastruktur tamamilə dağılmışdı, amma eyni zamanda  sonrakı mərhələlərdə biz bir sıra hallarda layihələrin icrası zamanı ciddi nöqsanların olduğunu və  vəsaitlərin qeyri-effektiv xərcləndiyini müşahidə etdik. Düşünürəm ki, bu günə qədər hökumətin Neft Fondu vəsaitlərini xərcləməsi ilə bağlı yaranmış problemlərin nəticəsidir kimi, 2014-cü ildən sonra Azərbaycana  iqtisadiyyatından dərin staqnasiya müşahidə olundu. Çünki iqtisadiyyat birdən-birə şişirdilmiş vəsaitlərlə qidalanmağa başlamışdı, daha çox istehlak iqtisadiyyatına çevrilmişdi.  Biz yalnız alırdıq. Böyük pul vəsaitləri var idi, bu isə real iqtisadiyyatın inkişafında mühüm maneələrdən biri oldu. Eyni zamanda gəlir mənbələrinin şaxələnmiş olmaması, yalnız neftdən asılı olması son nəticədə neft qiymətlərinin düşməsi fonunda ciddi böhrana gətirib çıxartdı”.

İqtisadçının sözlərinə görə, daha məntiqli addım o olar ki, vəsaitlərin xərcləməsinə müəyyən zaman çərçivəsində məhdudiyyət qoyulsun: “2014-cü ildən başlayaraq Neft Fondundan dövlət büdcəsinə yönəldilən vəsaitlərin həcmində azalma tendensiyası müşahidə edilməyə başlamışdı. Lakin Dövlət Neft Fondunun büdcəsinə edilən son dəyişikliklər də onu göstərdi ki, yenə də hökumət xərcləməyə meylli siyasət həyata keçirir. Neft  Fondunun gəlirlərinin artması fonunda xərcləri də təxminən 5,2 faiz artırıldı. Halbuki Fondun öz gəlir və xərcləri  arasında əhəmiyyətli səviyyədə disbalans var idi. Artan gəlirlər bu defisitin aradan qaldırılmasına yönəldilə bilərdi. Ancaq biz həm dövlət büdcəsinə, həm də Neft Fondunun büdcəsində edilən dəyişikliklərdən onu hiss edirik ki, hələ də hökumət gəlirlərin artdığı təqdirdə, xərcləri artırmağa meyllidir. Bu, doğru yanaşma deyil. Daha çox real iqtisadiyyat hesabına gəlirlərin formalaşması və effektiv xərcləmələr istiqamətində siyasətin həyata keçirilməsinə ehtiyac var”.

Qeyd edək ki, Azərbaycanın neft ehtiyatları 950 milyon tondan çoxdur, yəni təxminən 1 milyard ton civarındadır.   2017-ci il iyun ayının 1-ə olan məlumata görə,1997-ci ilin noyabrından bu günədək Azərbaycan bu  ehtiyatları 430 milyon tonunu hasil edib. İndiyədək oradan Neft Fonduna 125 milyard dollar mənfəət daxil olub. Bundan əlavə dövlət büdcəsinin qazancı, sosial müdafiə fonduna ödənişlər, vergi və sair daxil deyil. Əgər bunları da nəzərə alsaq, son 20 ildə ölkəyə təxminən150 milyard dollar neft  gəliri daxil olub. (musavat.com)

MilliYol.Az 

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az