• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

“Norm” MMC və “Holcim” MMC bazarı necə idarə edir? - Azərbaycanın sement bazarında qanunsuz rəqabət

15:10 09.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycanın iki əsas sement istehsalçısı olan “Norm” MMC və “Holcim” MMC daxili bazarı paylaşa bilməsələr də, bazardakı kiçik rəqiblərini asanlıqla və əlbirliyi ilə vurub bazardan çıxarırlar

Hər iki sement monopolisti daxili bazar uğrunda mübarizədə qanunları pozmaqdan belə çəkinmir.
 
Ölkənin iki ən iri sement istehsalçısı olan olan “Norm” MMC və “Holcim” MMC arasındakı rəqabət amansız şəkil alır. Bu barədə MilliYol-u məlumatlandıran mənbə bildirir ki, rəqiblər daxili bazar uğrunda savaşda bütün vasitələrdən, hətta qeyri-qanuni yollardan belə istifadə etməkdən çəkinmirlər. 

Məsələn, “Norm” MMC-nin keçmiş işçilərindən biri MilliYol-a bildirib ki, onun işsiz qalmasının əsas səbəbkarı keçmiş “Qaradağ sement”, yəni “Holcim” MMC-dir. Belə ki, mənbənin sözlərinə görə, o, “Norm” MMC-də məsul vəzifədə çalışıb, lakin “Qaradağ sement”dən əlverişli təklif alıb. Belə ki, “Qaradağ sement”in rəhbərliyi ona “Norm-Sement”in verdiyindən ikiqat əmək haqqı vədi verib və o da bu təklif qarşılığında “Norm-Sement”i tərk edərək, “Qaradağ sement”də işə qəbul olunub. 

Mənbə bildirir ki, o, 5 ay “Qaradağ sement”də çalışıb və bu müddət ərzində “Norm” MMC-yə aid olan kommersiya sirrlərini “Holcim” MMC-nin rəhbərliyinə verib. Maraqlı orasındadır ki, “Holcim” MMC-nin rəhbərliyi “Norm” MMC-yə aid olan kommersiya sirrlərini əldə etdikdən sonra onu işdən qovub. Hazırda isə mənbəmiz heç bir yerdə işə düzələ bilmədiyini deyir. “Holcim” MMC-nin rəhbərliyi sadəcə olaraq mənim bütün karyeramı və gələcəyimi məhv elədi”, deyə mənbə bildirib. 

Mənbə onu da vurğulayıb ki, “Norm” MMC də “Holcim” MMC-yə qarşı eyni cür davranır. Yüksək maaş adı altında orada çalışan mütəxəssisi dəvət edərək ondan rəqib tərəfin bəzi kommersiya sirrlərini öyrəndikdən sonra həmin şəxsi işdən atıb. 

Başqa bir mənbədən əldə etdiyimiz məlumatda isə vurğulanır ki, sement bazarındakı hər iki monopolist bu cür üsullara tez-tez əl atırlar. Xüsusilə bazara yeni girmək istəyən şirkətlərin yetkili əməkdaşları bu yolla ələ alınır, daha sonra isə adamları küçəyə atırlar.

Həmçinin mənbə bildirib ki, “Norm” MMC qara PR aparmaq üçün iqtisadiyyat sahəsində ixtisaslaşmış saytlardan və mətbu orqanlardan istifadə edir. Belə ki, həmin saytların rəhbərlərinə və yazarlarına müxtəlif hədiyyələr, mükafatlar verilir və ələ alınır, “Holcim” MMC əleyhinə yazılar yazdırırlar. Mənbəmizin iddiasına görə, ölkə mediasında “Holcim” MMC əleyhinə gedən əksər yazıların sifarişçisi “Norm” MMC-dir.

Bundan başqa, mənbəmiz bildirir ki, “Norm” MMC reklam kampaniyası aparan zamanda rəqiblərini üstələmək üçün bütün qanuni və etik normaları ayaqlar altına atır. Mənbə Cənubi Qafqazın ən böyük sement zavoduna sahib olduğunu iddia edən “Norm” MMC şirkətinin reklam kampaniyasına diqqət çəkir: “Şirkətin televiziya kanallarında yayımlanan  reklamında deyilir ki, “Norm əsl sementdir”. Reklamın sloqanından belə məntiqi nəticə çıxır ki, başqa sement istehsalçılarının bazara çıxardıqları  məhsul əsl sement deyil, başqa sözlə, saxtadır. “Haqsız Rəqabət Haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə, əmtəənin yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması istehlakçıların çaşdırılması hesab edilir və buna yol verilməməlidir. Əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi istehlakçıları çaşdırmağa yönəlmiş hərəkət hesab edilir”, deyə mənbə bildirib.

Eyni zamanda mənbə onu da qeyd edir ki, qanun pozuntusunda  başqa bir sement şirkəti “Qaradağ-And” MMC-də “Norm”-dan geri qalmır:  ““Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “Qaradağ-AND” MMC-yə 10.1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Bu barədə “Marja” saytında oxuya bilərsiniz. Həsmin məlumatda göstərilir ki, bu barədə İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir: 

“Məlumat verildiyi kimi, “Qaradağ-AND” MMC-yə məxsus istehsalat sahəsindəaparılan yoxlama zamanı “Qaradağ-AND” əmtəə nişanlı M-400 və M-500 markalı sementlərin etiketində şəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərləmüəyyən edilmiş normadan artıq göstərilməsi, həmçinin bu sementlərin ümumitəyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı. Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında”Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “Qaradağ-AND”MMC-yə 10.1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdrı.

Bundan başqa, Xidmət tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində “Qaradağ-S” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ-S” adlı M-400markalı 40 kq-lıq sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə həmin sementin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən kənarlaşma həddinin yanlış göstərildiyi, “Qaradağ-S” adlı M-300 markalı 40 kq-lıq sementlərin qablaşdırıldığı kisələrinin üzərində isə çəkidə yol verilən maksimal kənarlaşma həddinin göstərilmədiyi müəyyənləşdirilmişdi.

Müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan istifadə qaydası və qatışığın hazırlanması barədə məlumatlar verildiyi müəyyən edilmişdi. Eyni zamanda müəssisədə istehsal edilən sementin laborator müayinəsi aparılmadan satışa çıxarıldığı aşkarlanmışdı. Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən “Qaradağ-S” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı”, deyə mənbə yuxarıda adı keçən saytdan sitat gətirir.

Yəqin ki, diqqətli oxucu maliyyə sanksiyalarının ancaq və ancaq xırda sement istehlakçılarına tətbiq edildiyinin fərqinə vardılar. Sanki İqtisadiyyat Nazirliyinin müvafiq xidmətinin işi “Holcim” MMC və “Norm” MMC-nin rəqiblərini bazardan çıxarmaqdır. 

Sonda onu da xatırladaq ki, “Norm” MMC -nin hələ “Qafqazda ən böyük sement zavodu”nu tikən zaman ətrafdakı sement istehsalçıları ilə ciddi mübahisəsi düşmüşdü. Əsasən məcburi köçkünlərin iş yeri olan həmin sement istehsalı müəssisələrinin sement hazırladıqları yataqlar onların əlindən alınmışdı. Bu işdə “Norm” MMC-yə Qaradağ royonunun icra hakimiyyəti başçısı Süleyman Mikayılov da yardım etmişdi. Məcburi köçkün işçilərin və sahibkarların həmin ərazilərdən çıxarılmasına rayonun polis qüvvələri də cəlb edilmişdi. Həmin şirkətlər zor gücünə ərazidən, müvafiq olaraq da sement bazarından haqsızcasına qovulmuşdu. Sonra isə növbə yuxarıda qeyd edilən üsullar vasitəsilə digər rəqiblərə çatmışdı.

Yazıda adı keçən hər iki şirkətin mövqeyini dərc etməyə hazırıq.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az