• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

«Azərsu»dakı korrupsiya Bakını çökdürür...

10:14 05.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Dövlətin 5 milyardını selə verib, suda batırdılar; Son 10 ildə milyardlar xərcləyən “Azərsu”nun köhnə kanalizasiya xətləri paytaxtda ciddi fəsadlar yaradıb; yağışlardan sonra baş kəndimiz iflic vəziyyətə düşüb; adı külli miqdarda büdcə vəsaitinin talanmasında hallanan Qorxmaz Hüseynov nə qanunları sayır, nə də ictimai qınağı vecinə alır

“Azərsu” ASC-dəki korrupsiya oyunları bu gün növbəti “bəhrəsini” verdi. Oktyabrın 4-də səhər saatlarında Bakıda yeni istifadəyə verilmiş yol çökdü, xoşbəxtlikdən həmin vaxt yolda avtomobil olmadığından can itkisi yaşanmadı. Lakin yeni təmir olunan Nizami rayonu, Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolda dərinliyi  iki metrə çatan çuxur əmələ gəldi ki, bunun təmiri həm xeyli vaxt, həm də vəsait tələb edir.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun çökməsinə səbəb kanalizasiya kollektorunun partlaması olub: “Bu gün (dünən-red.) səhər saatlarında Mehdi Abbasov küçəsində yolun asfalt örtüyünün çökməsi qeydə alınıb, təxminən iki metr dərinliyində bir quyu əmələ gəlib. Əməkdaşlarımız hadisə yerinə cəlb olunub və məlum olub ki, yerin altından kanalizasiya kollektoru keçir. Bu kollektorun istismar müddəti bitdiyi üçün dağılıb partlayıb, oradan axan çirkab sular yol yatağını yuyub, nəticədə yolda çökmə baş verib. Dərhal  aidiyyəti  üzrə məlumat verilib və ”Azərsu" ASC-nin əməkdaşları əraziyə gəliblər. Hazırda kollektorun bərpası istiqamətində işlər aparılır. Yol müvəqqəti olaraq bağlanıb, sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər. Bu kollektorun bərpası yekunlaşan kimi yolun bərpası istiqamətində tərəfimizdən addımlar atılacaq".

Son illər “Azərsu” ASC-yə dövlət büdcəsindən ayrılan milyonları, o cümlədən beynəlxalq təşkilatlardan verilən kreditləri göz önünə gətirsək, indi Bakının mərkəzi prospektində istismar müddəti bitmiş kollektor qalmamalı idi. Lakin yağan hər yağış ciddi problemlərlə yadda qalır və göyə sovrulan pulların məbləğindən xəbər verir.

Paytaxt Bakıda kommunal problemlərin baş alıb getməsi ilə paralel olaraq  bu qurum zərərlə işləyir. 2016-cı ildə “Azərsu” ASC-nin beynəlxalq maliyyə institutlarına borcu 167, 434 mln. manat olub. Bu qurumun Maliyyə Nazirliyindən aldığı kreditlərin həcmi 38,939 mln. manat, yerli banklara borcu 215,555 mln. manat (2015-ci ildə 193,116 manat) olub. Qurumun cəmi faiz kreditləri və borc öhdəlikləri 2016-cı ildə 421,929 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 66,724 mln. manat artım deməkdir.  

“Azərsu ”ASC-nin ötən il üzrə zərəri 612,921 mln. manat olub. 2015-ci ildə bu rəqəm 550,660 mln. manat təşkil edib.
Qeyd edək ki, bu quruma dövlət ayırmaları da kifayət qədər ciddi məbləğlərlə ifadə olunur. Təkcə bu il “Azərsu”ya bir neçə istiqamətdə su və kanalizasiya xətlərinin çəkilişi üçün milyonlarla manat pul ayrılıb.

Belə ki, prezident İlham Əliyevin Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon 780 min manat ayrılıb.

Eləcə də ölkə başçısının Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı çərçivəsində “Azərsu”ya 4 milyon manat vəsait ayrılıb.

Qeyd olunan iki sərəncam bu ilin avqust ayında imzalanıb.

Bu il həmçinin prezidentin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına əsasən “Azərsu” ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.

Bu barədə “Azərsu” ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında deyilir. Sənəddə vurğulanıb ki, subsidiyalar cari infrastruktur layihələrinin tikintisi və su təchizatı sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa, Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün “Azərsu” ASC-yə 14,7 mln. məbləğində maddi yardım ayrılıb.

Sonuncu 14,7 milyon manatlıq yardım 13  ünvanda - Ziya Bünyadov prospekti boyu, Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi, Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Binəqədi şosesi boyu kollektorun tikintisi, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi, Sabunçu rayonu ərazisində kollektorun tikintisi, Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi, Sabunçu rayonu “Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi, Ramana Südçülük Sovxozunun ərazisində, Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu, Xətai rayonu Yusif Səfərov küçəsi boyu və Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi üçün ayrılıb.
Son yağıntılar zamanı Binəqədidə müşahidə olunan vəziyyət bu milyonların da korrupsiyanın qurbanına çevrilməsi ehtimalından xəbər verir.

Ümumilikdə, son illərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı  “Azərsu” ASC-yə ayrılan pulların məbləğinə və coğrafiyasına baxsaq, hazırda Bakıda və Abşeronda köhnə su və kanalizasiya sistemi qalmamalı idi. Bəs bu pullar haraya sovrulub ki, hər yağış yağarkən biz yollarda, ara küçələrdə suların yığılıb qaldığını görürük?

İqtisadçı ekspert Natiq Cəfərli mövzunu “Yeni Müsavat”a şərh edib. O bildirib ki, sözügedən quruma son illərdə milyardlarla manat vəsait ayrılsa da, qeyri-effektiv xərcləndiyindən hələ də zərərlə işləyir: “Dövlət büdcəsindən birbaşa ayırmalardan əlavə ”Azərsu" ASC-yə dolayı ayırmalar da olub. Yol tikintisi ilə bağlı və ya kanalizasiya xətlərinin təmiri ilə bağlı birbaşa büdcədən əlavə, xarici kreditlər şəklində də “Azərsu”ya  yüz milyonlarla dollar müxtəlif beynəlxalq maliyyə qurumlarından yardımlar ayrılıb.  Həmin layihələrin həyata keçirilməsində də çox böyük problemlər yaşanıb. Söhbət təxminən milyardlarla dollar vəsaitdən gedir. Son 10 ili götürsək, bəlkə də bu vəsaitlərin həcmi 5 milyarddan yuxarıdır. Söhbət vəsaitlərin böyük həcmindən əlavə, işin keyfiyyətindən gedir. Azərbaycanda artıq büdcə xərcləmələrində korrupsiyanın olması heç kimi təəccübləndirmir. Ancaq korrupsiya ilə yanaşı işin keyfiyyətsizliyi də böyük problemlər doğurur. Sovet dövründə Bakıda bir çox yerlədə yağış sularının axıdılması üçün olan xətlər kanalizasiya xətlərindən ayrı çəkilmişdi, sonradan yağış xətlərinin bir çoxu ləğv edildi və ya kanalizasiya xətlərinə birləşdirildi. Bu da böyük problemlər yaradır və yağıntı çox olanda həmin xətlər suyun axıdılmasını çatdırmır, nəticədə şəhəri su basır. Bütün bunlar qeyrı-şəffaf idarəetmənin, tenderlərin normal keçirilməməsinin və korrupsiya hallarının nəticəsidir. “Azərsu” bu qədər monopolist şirkət olmasına baxmayaraq həm dotasiya ilə işləyir,  zaman-zaman vergi borcları, digər dövlət nəzarətindəki təbii inhisarçılara olan borcları silinir. Büdcədən əlavə vəsaitlər ayrılır, xaricdən kreditlər alır. Bütün bunlara baxmayaraq, çox qeyri-effektiv və zərərlə işləyən dövlət müəssisəsidir". 

Bütün bu deyilənlər isə artıq “Azərsu” adlı dövlət inhisarçısının özəlləşdirilmə vaxtının çatdığından xəbər verir. Büdcəni çapıb talayan, üstəgəl, fəaliyyətsizliyi və zərəri göz önündə olan bir qurumun yalnız özəlləşdirilməsi dövlətə müəyyən fayda verə bilər.

Xatırladaq ki, “Azərsu”nun rəhbəri Qorxmaz Hüseynovdur. O, bu quruma 2011-ci ilin 16 fevral tarixindən rəhbərlik edir. Q.Hüseynov bu müddət ərzində su təsərrüfatında ciddi dönüş edə bilməməkdə ittiham olunur. O, adı mətbuatda ən çox korrupsiyada hallanan məmurlardandır. Lakin indiyədək deyilənlər, yazılanlar barədə jurnalistlərə heç bir açıqlama verməyib. Dövlətin milyardlarla manat vəsaitinin talanmasında ittiham olunan Qorxmaz Hüseynov nə vaxtsa qanun qarşısında cavab verəcəkmi? Görünən budur ki, o, nə qanunları vecinə alır, nə ictimai qınağı.

“Yeni Müsavat” “Azərsu” ASC-nin mətbuat  xidməti ilə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verilməyib. Qurumun mövqeyini dərc etməyə hazırıq. 

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az