• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Açılış zamanı prezidenti aldadan məmur: Beyləqan merinin Cinayətləri

11:57 04.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Korrupsiya dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır

Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir. Yəni korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən yararlanıb qanunları saya salmadan bu və ya başqa məsələni hansısa bir cinayətkar, mafioz, inhisarçı qrupun xeyrinə həll etməsidir. 

Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmenin əməli rüşvət cinayətinə aiddir.

Açılış zamanı prezidenti aldadan məmur: Beyləqan merinin CİNAYƏTLƏRİ
Korrupsiya isə yuxarıda qeyd edildiyi kimi, yalnız rüşvət, yəni konkret pul, bahalı əşya və s. alma anlamına gəlmir. Məsələn, hansısa məmurun müəyyən maraqlar naminə inhisarçı, cinayətkar qruplaşmanın xeyrinə qanundankənar hansısa göstəriş verirsə və bu göstəriş nəticəsində sadə insanlar zərər çəkirsə, bu artıq korrupsiya cinayətidir. Yaxud yüksək vəzifəli, siyasi rəhbərliyə aid olan şəxsin başçılığı altında dövlət vəsaitlərinin mütəşəkkil qrup halında talan edilməsi, mənimsənilməsi də korrupsiyaya aiddir. 

Yerli prokurorluq gözləmə mövqeyində

Azərbaycan prezidenti İlham Əliyev ölkənin gələcək inkişafının korrupsiya ilə mübarizədən asılı olduğunu çıxışlarında dəfələrlə deyib.

Azərbaycan üçün korrupsiyanın “böyük bəla” olduğunu deyən ölkə başçısı onu sarsıtmaq üçün yalnız inzibati cəzaların deyil, həmçinin struktur islahatların da aparılaması zəruriliyini vurğulayıb.



Dövlət başçısı uğurli iqtisadi inkişafın, onun təbirincə, neqativ hallarla mübarizədən asılı olacağını daim vurğulayır.

Onun sözlərinə görə, əgər Azərbaycanı irəliyə aparmaq məqsədi qoyulubsa o halda korrupsiya ilə mütləq qaydada daha ciddi mübarizə aparılmalıdır:

“Korrupsiya böyük bəla və ləkədir. Onunla ciddi mübarizə aparılmalıdır. Həm inzibati cəzalar verilməli, həm də eyni zamanda struktur islahatlar aparılmalıdır”.

Bu yöndə güc prokurorluq orqanlarının üzərinə düşür. Bir də medianın. Bu haqda ötən sayımızda yazmışıq. Həm də Beyləqanda büdcənin necə talandığını fotolarla, faktlarla qeyd etmişik. Görünür yerli prokurorluq o qədər zəifdir ki, yerli məmurlara qarşı hərəkətə keçməkdənsə susqunluğa üstünlük verir.

Odur ki, faktları yenidən çatdıracağıq. Bu dəfə Baş Prokurorluq üçün. Çünki Beyləqanda korrupsiya artıq nəzarətdən çıxıb.

Konkret olaraq Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyevin cinayətlərinə artıq göz yummaq olmaz.

Yol maxinasiyası



Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyev 2015-ci ildə rayon rəhbəri Vaqif Abdullayev tərəfindən hazırki vəzifəsinə təyin olunana qədər Beyləqan Bələdiyyəsinin sədri işləyib. Yerli özünüidarəetmə qurumuna rəhbərlik etdiyi uzun müddət ərzində daha çox korruptiv əməlləri ilə yadda qalıb. Görünür, elə məhz bu “müstəsna” qabiliyyətinə görə icra başçısı onu daha mühüm, həm də daha münbit korrupsiya şəraiti olan dövlət qulluğu postuna irəli çəkib. Elə o vaxtdan hər il şəhərin abadlaşdırılması məqsədilə ayrılan 90-100 min manat civarında maliyyə vəsaiti Balakişiyevin sərəncamına verilib. Hətta ötəri, vizual müşahidə ilə də görmək mümkündür ki, bunca vəsaitin qarşılığında şəhərdə çox az abadlıq-quruculuq işləri həyata keçirilib. Görülən işlərin də keyfiyyətindən oğurlanıb. Bir məqamı da xüsusi qeyd etməyə dəyər ki, bu sahədə yerinə yetirilən işlərin əksər hissəsi iməcilik yolu ilə şəhərin idarə, müəssisə, təşkilatlarının əmək kollektivlərinin zorla cəlb olunduqları iməciliklər yolu ilə istismar edilmələri hesabına gerçəkləşdirilib. Və əlbəttə ki, işlərin həcmi şişirdilmiş rəqəmlərlə ifadə olunaraq şəhər nümayəndəliyinin aktivinə yazılaraq başçı ilə nümayəndəlik sədrinin hesabatlarında öz əksini tapıb. Keyfiyyəti oğurlanmış, göstəriciləri şişirdilmiş həmin işlərin sırası uzundur.

Realmedia.az ötən sayında açıq-aydın Beyləqandakı büdcə oğurluğu haqda yazıb. Qeyd etmişik ki, rayonda “səkisalma” prosesi altda dövlət büdcəsi talan edilir. Konkret ünvan, konkret şəxslər göstərilib.

Vurğulamışıq ki, səki maxinasiyalarını Mobil Həsənov reallaşdırır. Hansı ki, “STAR 2017” MMC-nin rəhbəridir. Onun arxasındakı şəxs və konkret korrupsiya piramidasını quran isə Bakir Balakişiyevdir.

Uşaqların yeməyinə göz dikən korrupsioner

Bakir Balakişiyevin “tamet” maxinasiyasından əlavə gəlir yeri şəhərdə fəaliyyət göstərən 6 uşaq məktəbəqədər təhsil müəssisəsinə aylıq ayrılan 1 (bir) ton ətiyoxa çıxarmasıdır. B. Balakişiyev Beyləqanın uşaq bağçalarını ətlə təmin edən “Meyvəli” firmasının Ağcabədi filialının rəhbərliyi ilə sövdələşməyə gedib.

Ümumiyyətlə, təkcə ət və ət məhsullarının deyil, ərzağın bütün digər növlərinin də çox hissəsinin icra nümayəndəsi və işbaz ortaqları tərəfindən “xırıd” edildiyi, həmçinin, uşaq müəssisələri rəhbərlərinin üzərinə aylıq 100 (bir yüz) manat haqq qoyulduğu qeyd olunur. Əlbəttə, Balakişiyevin həyat yoldaşının müdirlik etdiyi 1 saylı uşaq bağçası bu “taqsa”dan azaddır. Bağça 140 yerlik olsa da, burada günün eyni vaxtında uzaqbaşı 20-30 uşağı bir arada görmək mümkündür. Qalanların normativ üzrə kağız üzərində istehlak etmişlərmiş kimi göstərilən ərzaq payları (uşaq gününə düşən faktiki ərzaq xərcləri) isə mənimsənilir. Elə həmin məhdud sayda uşaqlara verilən yeməkdən də oğurlanır.

Qısası-Beyləqan şəhər icra nümayəndəliyi “Meyvəli” firması ilə arasında ərzaq məhsullarının siyahısında ət məhsulu qeyd olunsa da, uşaq bağçalarına verilən siyahıda ümumiyyətlə ət məhsulu göstərilmir. Yəni, Bakir Balakişiyev əlavə siyahı tətbiq edərək tabeçiliyində fəaliyyət göstərən uşaq bağçalarına nəzərdə tutulmuş əti siyahıdan çıxardıb.

İnventar maxinasiyası

Beyləqan şəhərində uşaq müəssisələrinin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən, məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınır. Satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi ciddi nöqsanlara yol verilir. Sadə dillə desək pul silinir , köhnə inventar təzə adı ilə qeyd edilir.

Açılış zamanı prezidenti aldadan məmur: Beyləqan merinin CİNAYƏTLƏRİ
Ötən sayımızda qeyd etmişdik, 3 il qabaq prezident Beyləqana gələrkən H. Əliyev adına parkda yerləşən uşaq evinin açılışın edib. Keçən il noyabrda İlham Əliyev yenidən Beyləqana gələrkən ayrı uşaq bağçasının açılışı olub. Balakişiyevin göstərişi ilə 3 il qabaq açılmış uşaq baxçasındakı avadanlıqları, inventarları yeni təhvil verilən baxçaya daşıyıblar. Həyasızlığın, qanunsuzluğun da bir həddi olmalıdır.
Ardı var

obyektiv.org

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az