• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir

11:38 27.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Prezident məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün daim dövlət dəstəyini verməkdədir

Ölkə başçısı göstərdiyi qayğı və diqqəti heç zaman əsirgəmir. Amma köçkünlər üçün nəzərdə tutulan və dövlət büdcəsindən ayrılan vəsait korrupsiya qurbanı olur. Başqa sözlə, prezidentlə qaçqın və məcburi köçkünlər arasında körpüləri yandıranlar var və şəxsi mənfəət üstün tutulur. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən ya susqunluq nümayiş etdirilir, ya da konkret faktlar gülünc şəkildə təkzib olunur.

“Çörək pulu” üçün 1500 manat tələbi

Bir neçə gün öncə mediada Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Ağdam Şəhər üzrə nümayəndəsi işləyən Məlahət İsmayılova ilə  Bakı şəhəri, Cavadxan küçəsi 18, mənzil 54-də müvəqqəti qeydiyyatda olan Ağdam rayon sakini Məmmədova Aytəkin Məmməd qızının telefon söhbətinin audioyazısı yayılmışdı. Həmin telefon söhbətində  Məlahət İsmayılova  vətəndaşın məcburi köçkün kimi yardım pulunun kəsilməsi ilə bağlı probleminin həllindən danışır və bildirir ki,  əgər Aytəkin Məmmədova 1500 manat çatdırsa ailə yenə “çörək pulu” alacaq. Əks təqdirdə dövlətin köməyindən məhrum olacaqlar. Aytəkin Məmmədova çox yalvarıb ki, cəmi 500 düzəldə bilər. Lakin məmur xanım qiymətin 1000-dən aşağı olmayacağını bildirib.

“Qaçqınkom”un üzürü günahından betər təkzibi

Gözləmək olardı ki, ortada olan konkret və təkzibolunmaz faktla bağlı “Qaçqınkom” sərt tədbirlər  görəcək. Amma bunların əvəzinə mətbuata müəmmalı açıqlama verildi. Açıqlamada bildirilir: “Komitənin nümayəndəsi kimi adı çəkilən İsmayılova Məlahət Əsgər qızı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı deyil. Ağdam rayonundan olan məcburi köçkün Məmmədova Aytəkin Məmməd qızı 5 nəfər ailə üzvləri ilə birlikdə hazırda vahid aylıq müavinət alırlarlar və heç vaxt müavinət verilməsi dayandırılmayıb. Lakin Məmmədova Aytəkin Məmməd qızı vahid aylıq müavinət aldığı halda Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin aparıcı mütəxəssisi İsmayılova Məlahət Əsgər qızına müraciət etməyinə heç bir əsası olmadığı halda ona müraciət etmişdir. Əslində o Komitəyə müraciət etməli idi və düzgün cavabı da Komitədən almalı idi”. Maraqlıdır, məcburi köçkün A.Məmmədova 5 nəfər ailə üzvləri ilə birlikdə həqiqətən də  hazırda vahid aylıq müavinət alırlarsa daha Komitəyə müraciət edib hansı cavab almağa ehtiyac var ki? Danışıqdan göründüyü kimi, ilkin qiyməti məhz Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində müəyyənləşdiriblər və M.İsmayılova sadəcə rəqəmi aşağı salmaqda vasitəçilik edir. Elə isə kim cəzalandırıldı? Aldığımız məlumata görə, M.İsmayılova tutduğu vəzifədən kənarlaşdırılıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində isə heç kəsə “gözün üstə qaşın var” deyən olmayıb.

Ağdam “Qaçqınkom”undan gələn səslər…

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində baş verən qanunsuzluqlar və vətəndaş etirazı ilə bağlı bu ilk və yeganə fakt deyil. 2014-cü il fevralın 20-də Ağdamdan məcburi köçkün Nəcibə Cəfərova 3 ailə üzvü ilə ev əşyalarını Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qarşısına tökərək etiraz edib.  2015-ci il iyulun 28-də Ağdam rayonundan məcburi köçkün düşmüş Sahib İsmayıl oğlu Nəsibov “Qaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında özünü yandıraraq intihara cəhd etmişdi.  2015-ci ilin avqustun 1-də Bərdə rayonunda Ağdam rayonundan olan məcburi köçkünlər Bərdə-Yevlax yolunda qaçqınlar üçün nəzərdə tutulmuş mənzillərin verilməməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Bu kimi etirazlar faktlarını uzatmaq da olar. Amma nə faydası. Bundan daha ciddi faktlara da “Qaçqınkom” susqunluq göstərib.

Sadə ağdamlıların evlərinə sahib çıxan “imkansız” məmurlar

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsi ilə bağlı qalmaqallı məqamlardan biri də ev bölgüsü ilə bağlıdır. Belə ki, Ağdamdan olan məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir hissəsi  yerli məmurlara verilib, o məmurlara ki, hərəsinin bir neçə mənzili var. Bununla bağlı media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxan faktları sizə təqdim edirik:

– Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.

– Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub.

– Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara həkim də başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.

– Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.

– Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov. Əli Həsənov ona da mənzil peşkəş edib.

– Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir. Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb.

– Arzu Rəhimova. Ağdam icra başçısının müavini olan xanım Rəhimovanın Bakıda, Bərdədə evləri olduğu halda, Qaçqınkom ona yeni tikilən qəsəbədə daha bir mənzil hədiyyə edib. Və bu da belə əsaslandırılıb ki, guya, qaçqınlıq həyatı yaşayan icra başçısının müavininin evə ehtiyacı var.

– Ağdamda yüksək vəzifədə çalışan Hafiz Əzizadə də komitədən mənzil alıb. Bu məmurun da Bakıda və Bərdədə bir neçə evi var və başqalarının işlətməsinə verdiyi obyektləri mövcuddur. Və bunun üzərindən «imkansız» məmura daha bir ev də verilib ki, sərvətinə sərvət qata bilsin.

– Bir başqa mənzil sahibi olmuş şəxs Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevadır. Bakıda və Bərdədə evləri olan Laura xanımın Quzanlıdakı Təzə qəsəbədə də mənzil sahibi olması hamını təəccübləndirib. Çünki direktorun olmayan bir şeyi yoxdur.

– Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanova da «ehtiyac içində» yaşayanlar kateqoriyasına şamil edilib. Baş həkim Bərdə və Bakıda mənzillərə sahibdir. İmkanları da xeyli çoxdur. Amma o da digər məmurlar kimi, Əli Həsənovun mənzili ilə təltif olunub və ona təzə qəsəbədə yeni ev verilib.

Ağdamda Qabil İbadov rüzgarı

Göründüyü kimi sözügedən telefon danışığı sıradan adi bir faktdır. Ağdam “Qaçqınkom”unda elə küləklər əsir ki… Bir tərəfdə zirzəmidə yaşayan yüzlərlə, bəlkə də minlərlə qaçqın ailəsi, bir tərəfdə isə qaçqınların pulu ilə harınlamış və dünyaya meydan oxuyan balaca bir məmurun oğlu. Bakıda zirzəmidə yaşayan qaçqının oğlu uzun illər boyu bir qurtum kola xəyalı ilə siçovullarla oynayıb vətəni qorumaq üçün cəbhə bölgəsində yağışdan islanıb, günəşdən çatlarkən, qaçqınlardan mənimsənilən vəsaitlərlə böyüyən məmur oğlu isə Bakıda kef içində əsgərliyini keçirir və üstəlik bahalı avtomobillərini sosial şəbəkələrdə paylaşaraq tanıyanlara göz dağı verir. Söhbət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadovun oğlundan gedir.

“Qaçqınkom”un Ağdam nümayəndəsi Qabil İbadov Əli Həsənova arxayın olduğunu bildirdi.

Açığı oğul İbadovun sosial şəbəkələrdə paylaşdığı şəkillərə baxdıqda adam zənn edir ki, bu gənc məcburi köçkünlərin problemləri ilə məşğul olan qaçqın məmurun oğlu yox, Hacıqabulda ov ovlayıb, quş quşlamağa gələn Dubay əmirinin oğludur.  Və bu zaman adam doğurdan əli üzündə mat qalır. Mat qalır ki, ayda təqribən 500-600 manat maaş alan bir məmur heç bir yerdə işləməyən oğluna 60-70 min dəyərində avtomobilləri necə alıb? Və işsi-gücsüz, Ağdam Dövlət İqtisadi Kollesində təhsil almış bir gənc Ağdamda, Bakıda, Qəbələdə, Oğuzda, Qaxda, Gürcüstanda kef məclislərini necə qurur? Hansı pulla dostlarını başına yığıb hər gün hesab ödəyir? Bu sualların cavabını təbii ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadov bilir və böyük ehtimalla Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da bilir. Bəs necə olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir rayon şöbəsinin müdiri bu qədər varlana bilir? Bunla bağlı da mediada yer alan bəzi məlumatlar maraqlı göründü.

“Qaçqınkom” məmuru qaçqınlardan necə qazanır?

Qabil İbadovun “qaçqın biznesinin” şaxələri genişdir və bu biznes sahəsində cənab İbadov hər il milyonlar qazanır. Misal üçün “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdiri qaçqın olmayan ağdamlıların uşaqlarına qaçqın vəsiqəsinin birini 3000 manata satır. Bazarda təlabat isə böyükdür. Çünki qaçqın olmayan ağdamlıların “qaçqın” uşaqları bu yolla çoxlu imtiyazlardan istifadə edə bilirlər. O cümlədən ödənişli təhsil müəssisələrində pulsuz təhsil ala bilirlər. Ağdamlılar bildirirlər ki, təkcə “vəsiqə alveridən” Qabil İbadov hər il 100 min manata qədər gəlir əldə edir. Çünki qaçqın vəsiqəsi almaq istəyənlər çox olur. Bundan başqa “yeni qaçqınlara” ayrılan dövlət müavinatları da Qabil İbadova çatır. Yəni plastik kartlar “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirində qalır və bu da əvvəlcədən razılaşdırılr.

Həmçinin Qabil müəllim Bakıya köçən həqiqi qaçqınlara miqrasiya sənədini 500 manata verir. Qaçqınlara verilən hər hansı bir qanuni sənədin qiyməti isə 20 manatdır. Ağdamlı qaçqınların dediyinə görə, Qabil İbadovun gündəlik gəliri hardasa 3-4 min manat arasında dəyişir. Və bu gəlirlərə hələ bir çox maxinasiyalar da aiddir. Misal üçün müavinətlərin verilməsi üçün sənədələrdən, qaçqınlar üçün tikilən mənzillərin satışından şöbə müdiri ciddi gəlirlər əldə edir. Yəni “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirinin əsas işi qaçqınlara qanuni yolla düşən imtiyaz və haqqları satmaqdır. Ki, bu adam da açıq şəkildə, hər kəsin gözü qarşısında qaçqınların imtiyaz və haqqlarını onlara satır.

Rəşadət Tağıyev
MilliYol.az

Fotolar


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az