Fransada keçirilən Avropa çempionatı davam edir. MilliYol.Az xəbər verir ki, bu gün D qrupunda II turun oyunları keçirilir.
Qrupun ilk matçında Çexiya və Xorvatiya qarşılaşıb. Azarkeşlərin çıxardığı olaylar üzündən bir müddət dayanan qarşılaşma dramatikliyi ilə seçilib. Xorvatiya 2:0 hesablı üstünlük əldə etsə də, qələbə qazana bilməyib - 2:2.
Qeyd edək ki, Xorvatiya ilk turda Türkiyəni 1:0 hesabı ilə yenmişdi. Çexiya isə eyni hesabla İspaniyaya uduzmuşdu.
D qrupunda II turun ikinci oyunu İspaniya və Türkiyə arasında keçiriləcək.
Avropa çempionatı
Qrup mərhələsi
II tur, 17 iyun
D qrupu
Çexiya - Xorvatiya 2:2
Qollar: Milan Şkoda, 76. Tomaş Netsid, 90+4 - İvan Perisiç, 37. İvan Rakitiç, 59.
Çexiya: 1. Petr Çex, 2. Pavel Kaderabek, 5. Roman Hubnik, 6. Tomas Sivok, 8. David Limberski, 10. Tomaş Rositski (k), 13. Yaroslav Plaşil (7. Tomaş Netsid, 86), 19. Ladislav Kreyçi, 20. Yiri Skalak (18. Josef Sural, 67), 22. Vladimir Darida, 21. David Lafata (12. Milan Şkoda, 76).
Ehtiyat oyunçular: 16. Tomaş Vaçlik, 23. Tomaş Kubek, 3. Mixal Kadleç, 4. Teodor Gebre Selassie, 9. Borek Dokal, 11. Daniel Pudil, 14. Daniel Kolar, 15. David Pavelka.
Baş məşqçi: Pavel Vrba.
Xorvatiya: 23. Daniel Subaşiç (q), 3. İvan Ştirniç (2. Sime Versaliko, 90+8), 4. İvan Perisiç, 5. Vedran Çorluka, 7. İvan Rakitiç (13. Qordon Şildenfeld, 90+7), 10. Luka Modriç (8. Mateo Kovaçiç, 62), 11. Dario Srna (k), 14. Marselo Brozoviç, 17. Mario Mancukiç, 19. Milan Badelj, 21. Domoqoy Vida.
Ehtiyat oyunçular: 1. İvan Vargiç (q), 12. Lovre Kaliniç (q), 6. Tin Yedvay, 15. Marko Roq, 16. Nikola Kaliniç, 18. Ante Çoriç, 22. Duje Çop, 9. Andre Kramariç, 20. Marko Pyaça.
Baş məşqçi: Ante Kasiç.
Sarı vərəqələr: Tomas Sivok, 72 - Milan Badelj, 74. Domoqoy Vida, 90+3.
Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin (İngiltərə), Tasos Sidiropulos (Yunanıstan).
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (İngiltərə).
Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan).
Hakim-inspektor: Vlado Sayn (Sloveniya).
UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan).
Sent-Etyen. “Joffrua Qişar” stadionu.
1 | Xorvatiya | 2 | 1 | 1 | 0 | 3-2 | 4 |
2 | İspaniya | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
3 | Çexiya | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
4 | Türkiyə | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
MilliYol.Az
Digər xəbərlər
loading...