• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Prezidentin hələ açılışını etmədiyi yol dağıldı... (FOTOLAR)

15:26 08.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi başa çatmadan dağılıb. Bu barədə toplum.tv-yə Lerik sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, Noda-Şingədulan-Xanagah yolunun Ağçay kəndinə qədər olan hissəsi tamamilə sıradan çıxıb. Vətəndaşlar bunu Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafəyə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) "şebel”in tökülməməsi ilə əlaqələndiriblər.

"Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq"

Yolun Ağçaydan Xanagaha qədər olan hissəsi isə hazırda çəkilir: "Yolun bir hissəsi - Ağçaya qədər olan hissə çəkilmişdi. Amma bir il deyil ki, yol sıradan çıxıb. Hazırda Ağçaydan Xahagaha qədər olan hissə də çəkilir. Yolun keyfiyyətsiz çəkildiyi göz qabağındadır. Cənab prezident bu yola 17 milyona yaxın pul ayırıb, amma ortada belə bərbad nəticə var. Hələ cənab prezident bu yolun açılışına da gəlməyib. Sabah qəfildən durub Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq".

"Rayonun Şingədulan və Zenoni kəndləri ərazisində yol tamamilə dağılıb. Sanki burada yol çəkilməyib. Bilmirik, icra başçısı və yolu çəkən şirkət, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sabah cənab prezidentə nə cavab verəcəklər?", - deyə sakinlər bildirib. 

"Çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib" 

Sakinlər deyirlər ki, yolu çəkən şirkət "Yoltikintinəqliyyatservis” MMC ekologiyaya da ağır zərbə vurub. Ərazidəki çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib. 

Problemlə bağlı Ekologiya Nazirliyinə şikayət edildiyini, nazirliyin əraziyə komissiya göndərdiyini deyən sakinlərin sözlərinə görə, "Yoltikintinəqliyyatservis” MMC ilə bağlı heç bir ciddi ölçü götürülməyib. Rayonun Osyodərə kəndi ərazisindən axan dağ çayının vadisi dağıdılıb. 

Dövlətin vəsaitinin şəxsi maraqlara sərf edildiyini iddia edən Şivlə-Biləvər kənd sakinləri isə artıq ölkə başçısına müraciət ediblər. Zenonu və Şingədulan sakinlərinin isə yaxın günlərdə ölkə başçısına müracət edəcəkləri gözlənilir. 

Əvvəl 3 milyon, sonra 7 milyon, sonra da 6.6 milyon... 

Sakinlər deyirlər ki, 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yoluna 3 dəfə vəsait ayrılıb. Nəticə isə ortadadır...

Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırılıb.

19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat vəsait Lerik Rayon İcra Hakimiyyətinə ayrılıb. Amma bu dəfə də yolun tikintisi başa çatmayıb. Yol Noda kəndindən Ağçay kəndinə qədər çəkilib və dayandırılıb. Halbuki layihəyə əsasən yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt - beton qarışığından tikilməliydi...

1 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti sərəncamı ilə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılıb. Ümumilikdə yolun tikintisinə 16.6 milyon manat vəsait ayrılıb. 

Sakinlər deyirlər ki, yolun budəfəki hissəsini "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Masallı rayon Yol İdarəsinə tapşırıb. Yolun tikintisini isə indiyə qədər İcra Hakimiyyətinin sifarişi ilə özünü Almaniyanın "Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi kimi təqdim edən "Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib. 

"İndi də həmin MMC-nin texnikası həmin yolun çəkilişində iştirak edir. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə onun atası İbrahim Kazımov rəhbərlik edir. İbrahim Kazımovun isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. Həmin şəxslərin isə eyni kənddən, yəni Lerikin Qışlaq kəndindən olması sirr deyil. İndi gördünüz, prezidentin ayırdığı pulları kimlər və necə xərcləyirlər?", - sakinlər bildiriblər. 

"Yoltikintinəqliyyatservis” MMC 2007-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. MMC-in təsisçisi Fuad İbrahim oğlu Muxtarzadədir. Şirkət cənub bölgəsində yol çəkilişində aktiv iştirak edir, bir neçə dəfə tenderi udub.  

"Prezident gəlməyibsə, o demək deyil ki, bu yoldan istifadə etmək olmaz"

Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın  təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov Toplum.Tv-nin əməkdaşına açıqlamasında bildirib ki, hazırda yolun çəkilişi davam edir: 

"Yol bu gün də istifadədir. Cənab prezident gəlməyibsə, o demək deyil ki, bu yoldan istifadə etmək olmaz. 36 km avtomobil yolu 19 milyon 800 min manat dəyərindədir. Layihə sənədləri bu dəyərdədir, amma təbii ki, dövlət tərəfindən 16 milyona yaxın vəsait ayrılıb. Gələcəkdə ayrılacaq, ayrılmayacaq o zamanın işidir. Orada hazırda yol tikintisi davam edir. Yol hələ təhvil verilmədiyinə görə, sürüşmələr də yaranır. Hələ istismara qəbul etməmişik və o şəkildə də qəbul etmərik. Yolun dediyiniz hissəsi 2014-2015-ci ildə çəkilib. Sonra maliyyə vəsaiti ayrılmadı, ona görə də qaldı. Amma 2016-cı ilin noyabr ayında prezident tərəfindən yenidən 6 milyon 600 min manat vəsait ayrılıb və hazırda o tikinti davam edir. Dağılıb, sıradan çıxmış yerlər də yenidən bərpa olunacaq və istismara qəbul ediləcək". 

Tikintini həyata keçirənlərin ekologiyaya vurduğu ziyana gəlincə, Məlikov buna belə aydınlıq gətirib: "Çayların məcrasını dağıtmırlar. Hansısa materialları çaylardan götürməlidirlər. "Qrabel", çınqıl dediyimiz tikinti materialı var. Onu məcburən çaylardan götürürlər. Bizm öz yerli ənənəyə uyğun tikinti materiallarımız da mövcuddur ki, onu da çaylardan götürürlər. Həm də bunu bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya hansı qruma aiddirsə, onlarla razılığa gəlib götürürlər. O məcraları da yenidən düzəldirlər ki, oradan heyvan, insan keçə bilsin. Bu da təbii ki, gələcəkdə problem yaranmasın deyə bizim nəzarətimiz altında onlar bərpa olunur. Dağıntıya imkan vermirik". 

Vətəndaşlar isə ölkə başçısına müraciət etməkdə israrlı olduqlarını bildirirlər... 

Mənbə: toplum.tv

Fotolar


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az