• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

50 kq qızılı oğurlanan keçmiş məmurun sərvəti aşıb daşır - FOTOFAKT

13:10 10.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Nəqliyyat Nazirliyinin sabiq məmuru Çingiz Baxşıyev mətbuatın gündəminə evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gəldi. Məlum oldu ki, sabiq müşavir Rövşən Əhmədov adlı birini evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb, ondan hüquq-mühafizə orqanlarına şikayət yazıb.

Rövşən Əhmədov məmurun ərizəsi əsasında həbs olunandan sonra onun vəkili Adəm Məmmədov mətbuata açıqlama verərək, müvəkkilinin özünün çəkisinin 50 kiloqram olduğunu deməklə, Çingiz Baxşıyevin ərizəsində göstərdiyi məlumatların yalan olduğunu iddia etdi. Yəni adamın 50 kiloqram çəkisi varsa, özü ağırlığında qızılı mənzildən necə aparıb? 

"Yeni Musavat"ın apardığı araşdırma nəticəsində aydın oldu ki, Rövşən Əhmədovla Çingiz Baxşıyev yaxın qohumdur. Məmurun həbs etdirdiyi şəxs onun doğmaca xalası oğludur və həbsin motivləri də məhz bu qohumluq əlaqələrindən doğan münasibətlərə söykənir. Belə ki, Rövşən Əhmədov xalası oğlunun gözdən-qulaqdan uzaq işləri üzrə qeyri-rəsmi köməkçisi olub. Günlərin birində isə tərəflərin arası dəyib. Bu haqda redaksiyamızda bilgilər var və araşdırmalardan sonra bu haqda da yazacağıq. Ç.Baxşıyev sirlərini xırdalıqlarına qədər bilən xalası oğlunu xeyli dilə tutmağa, özündən kənarlaşmasına imkan verməməyə çalışıb. Buna nail olmadıqda isə 50 kiloqram qızılın oğurlanması ərizəsi ortaya çıxıb. R.Əhmədov bu gün həbsdədir və onun öldürülməsi planının varlığı haqda ölkə rəhbərliyinə vəkili vasitəsilə məlumat ötürülüb. Bu haqda da yazacağıq.    

Bəs Çingiz Baxşıyevdə 50 kiloqram qızıl haradandır? Kimdir bu adam? Bu qədər qızılı hansı pulla, hansı gəlirlə əldə edib?

Əldə etdiyimiz məlumatlara görə, Çingiz Baxşıyev Azərbaycana Qırğızıstandan gəlib. 2002-ci ildə Bakıda “Nizami” metro stansiyasının yaxınlığında 1 otaqlı mənzil alıb. 2003-cü ildə Hüseyn Hüseynov Avtonəqliyyat Dövlət Konserninin rəisi olduğu vaxtlarda onu qurumun Nərimanov filialına rəis təyin ediblər. Həmin vaxt Ç.Baxşıyev konsernin arxivinə yol tapıb və arxiv materiallarını ələ keçirməyə başlayıb. Konsern Nəqliyyat Nazirliyinə çevriləndən sonra nazirliyin rayonlarda olan torpaq sahələrini özəlləşdirməyə başlayıb. Bu gün həmin torpaq sahələri Çingiz Baxşıyevin oğlu, hazırda xaricdə yaşayan Nəriman Baxşıyevin adına rəsmiləşdirilib. 

Müşavirin 1984-cü il təvəllüdlü oğlu bu gün dünyanı diplomatik pasportla gəzir. Azərbaycana isə gəlməkdən yayınır. Onun kef-damağa, içki məclislərinə meylli olmasından yerli hüquq-mühafizə orqanları da xəbərdardır. Odur ki, Nəriman Baxşıyev üstündəki diplomatik pasportla Bakı hava limanında VİP sərnişinlər üçün nəzərdə tutulan zala qədər gəlir. Zalda yaxınları ilə görüşür və geri dönür. Nəriman Bakıda gəzməyə qorxur. Acı xatirələr müşavir oğlunu Bakıya həsrət qoyub. Çünki özü də, yaxınları da bilir ki, o, narkotik aludəçisi olan dostlarının əhatəsinə düşəcək. Ordan isə hara düşəcəyi yaxşı məlumdu... 

Ona görə də oğul Baxşıyevin Bakı səfəri hava limanının VİP zalına qədər məhdudlaşdırılıb. Deyilənə görə, Nəriman hava limanında yaxınları ilə görüşür, ona içi pulla dolu çanta ötürülür və geri dönür. 

Nəriman Baxşıyevin adına Bakıda və rayonlarda olan əmlakların sayı-hesabı yoxdur. Hər halda, məlumatlı mənbə belə deyir. 

Adam həmin əmlakların bir çoxunu heç görməyib. Atasının vaxtilə arxivlərə əl qoyması bu gün oğul Baxşıyevi Azərbaycanın dörd bir yanında mal-mülk sahibi edib. 

Həmin əmlakların bir qismi haqda da məlumat əldə etmişik. Məlumatları təqdim edirik: 

1. Bakı şəhəri, Səbayel rayonu, Neftçilər prospekti  93 nömrəli binada 4 otaqlı mənzil.

2. Qobustan rayonu, Təklə kəndindəki “Qaraağıl” qışlağında ümumi sahəsi 954.0 hektar olan torpaq sahəsi  (Rövşən Əhmədovun adına rəsmiləşdirilib) 

3. Salyan rayonu, Çuxanlı kəndində mərmər sexinin tikintisi üçün nəzərdə tutulan 4 hektar torpaq sahəsi

4. Salyan rayonu, Çuxanlı kəndində mərmər sexinin tikintisi üçün nəzərdə tutulan 2 hektar 10 sot torpaq sahəsi   

5. Salyan şəhəri, Davudzadə küçəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi (vaxtilə poliklinika olub, Rövşən Əhmədovun adına rəsmiləşdirilib)

6. Xaçmaz rayonu, Tel kəndində 5 hektar torpaq sahəsi

7. Xaçmaz rayonu, Ləcət kəndində 3 hektar torpaq sahəsi

8. Xaçmaz rayonu, Yalama kəndində 1 hektar 38 sot torpaq

9. Abşeron rayonu, Novxanı kəndində 1541 saylı, ümumi sahəsi 10 sot olan torpaq sahəsi

10. Abşeron rayonu, Məhəmmədi kəndində 1 hektar 25 sot torpaq sahəsi

11. Abşeron rayonu, Məhəmmədi kəndində 6 hektar 80 sot torpaq sahəsi

12. Abşeron rayonu, Məhəmmədi kəndində 3 hektar 54 sot torpaq sahəsi

13. Abşeron rayonu, Məhəmmədi kəndində 1 hektar 68 sot torpaq sahəsi

14. Xaçmaz rayonu, Yalama kəndində 52 sot torpaq sahəsi. 

Bundan başqa, əlimizdə Ç.Baxşıyevin Nəqliyyat Nazirliyindəki fəaliyyəti haqda da çox maraqlı, ilginc məlumatlar var. Məsələn, Çingiz Baxşıyev Avropa Oyunlarından əvvəl ölkəni tərk edib və gedərkən “baxarsınız, nələr olacaq” deyib. Onun nəyi nəzərdə tutduğunu isə yaxın çevrəsi ötən il Bakıda keçirilən Avropa Oyunlarının açılış günü Atletlər kəndindəki məlum qəzadan sonra xatırlayıblar. Həmin vaxt Ç.Baxşıyev xaricdə istirahətdə imiş. Onun dövlət səviyyəsində qeyd olunan tədbirdən öncə ölkəni tərk etməsinin səbəbləri haqda da bilgilər var. Nazir müşavirinin çoxşaxəli fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. 

"Milli Yol"

Fotolar


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az