• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

Çempion Reyhanın anası qızını öldürən sürücünü bağışladı (REPORTAJ)

11:50 01.07.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
“İşdən gələndə həmişə görürdüm, orda it gəzdirirlər. Reyhana dedim, sevindi. Dedi, mama, nə yaxşı dedin, mən də ora gedəcəm. Getdi. Yəqin, orda yaxşıca gəzdilər, oynadılar da. İkisi də razı qayıdırdı ki, bu hadisə baş verib. Ən çox buna pis oluram. Elə bil ki, mən onu yönləndirdim. Heç vaxt, heç vaxt...”

İyunun 28-də yol qəzasında vəfat etmiş dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın anası Leyla Məmmədova qızıyla bağlı son xatirəsini danışır.
 
Lent.az-ın əməkdaşı mərhum Reyhan Məmmədovanın ailəsi ilə görüşüb, dərdli valideynlərlə söhbətləşib.
 
Leyla Məmmədovanın səsi güclə eşidilir. 3 gün əvvəl 22 yaşlı qızını itirib, amma təmkinlidir. Sanki and verib ki, ağlamayacaq. Danışır, danışır, kövrəlir, dayanır, içindəki kədəri boğur, təmkinlə söhbətinə davam edir.
 
Reyhan anasının məsləhəti ilə itini həmin yerdə gəzdirməyə getmişdi. Geri dönəndə isə o dəhşətli hadisə baş verib.
 
- Axşam işdən gəlirdim. Avtobusla keçəndə gördüm, Reyhan itini gəzdirməyə aparır. Yanında sinif yoldaşı vardı. Fikirləşdim, yəqin, buralarda gəzəcəklər. Sən demə, mənim dediyim o yerə gedirmiş.
 
Anası sırf kimin günahkar olduğunu bilmək üçün qəzanın video görüntüsünə baxıb. Nə qədər çətin olsa da...

- Bir tərəfdən qızımı qınayıram. Bəlkə qaça-qaça keçsəydi, belə olmazdı. Bir az qaçsaydı... Elə gedir, elə bil, bulvardadı. Çox uşaqlar belə düşünürlər ki, piyada zolağı varsa, yol mənimdir. Piyada zolağında elə gedir... Qaçmaq lazımdır, qaçmaq. Bizdə insan kimi sürmürlər maşını. Biri yaxşı sürəcək, o birisi yox. Videoda gördüm, maşınlar gedir e, gedir.
 
Bir qədər pauzadan sonra davam edir.
 
- Onlar tərəfdən də gəlmişdilər. Xalası idi, deyəsən. Ona dedim ki, mən başa düşürəm, o da mənim balamı vurmaq istəməzdi. Maşını sürəni, deyirəm. Heç kim istəməz. Sadəcə, sən onu görəndə soruş, 20 yaşında oğlan deyilsən ki, özünü kiməsə göstərəsən. 55 yaşında kişi niyə elə bərk sürürmüş?! Mən ərizə yazmasam da, onsuzda həbs edəcəklər. Ömür boyu sənin içində olacaq, vicdanın sızıldayacaq. Sən mənim balamı öldürmüsən. Bu vicdanla yaşamalısan. Necə yaşayacaqsan? Bəziləri mənə deyir, get şikayət elə, ərizə yaz. Deyirəm, mən heç nə etməyəcəm. Heç qarğış da etməyəcəm. Dövlət özü nə istəyir eləsin. İş vermək istəyir, versin, cəzasını çəksin. Mən o məhkəmə sənin, bu məhkəmə sənin gəzə bilmərəm. Nəyə görə gedim? Uşağım sağ deyil, yoxdu mənim uşağım. Onu Allah cəzalandıracaq. Allah onu cəzalandırıb ki, ölməyib, sağ qalıb. O, bu vicdanla yaşamalıdır. Bu, insan üçün ən ağır cəzadır. Üstəlik, sənin də balan var. Bəlkə də o uşaq atasız qalmasın deyə Allah onu saxlayıb, ölməyib. Nə bilim?! Yoldaşına dedim, istəyirsiniz, pul verin içəridən çıxarın. Yoldaşı mənə dedi ki, qəza haqda eşidəndə, dedim, kaş o qızın əvəzinə sən ölərdin. Bilmirəm, yalan deyir, ya düz deyir, bu da onun vicdanına qalıb.
  
“İndi sizə Reyhanın şəkillərini göstərəcəm” - deyib telefonunu əlinə alır. Yaddaşdakı şəkilləri bir-bir çevirir. Bütün şəkillərdə Reyhan gülür. Şəkillər arasında qəzadan kadrlar da var. Onlara çatanda ötürmək üçün tez-tez çevirir. Reyhanın itlə şəklinə çatanda əlini saxlayır. Müsahibə boyunca, ilk dəfə dodağında təbəssüm yaranır.
 
- Reyhan bu iti çox sevirdi. Onu elə qucaqlayırdı ki...
 
Dərində köks ötürür.
 
- Bilirsiniz, son günlər Reyhan nə istəyirdi, olurdu. Arzuları bir-bir çin olurdu. Bir gün gəldi ki, it istəyirəm. Əvvəl etiraz etdim, sonra razılaşdım. Aldıq. Qara labrador idi. Evin hər yerini batırırdı. Mən təmizləyirdim, o batırırdı. Axırı, əsəbləşdim, dedim, qızım, gəl bunu başqa adama verək. Dedi, ölərəm, vermərəm!

Elə dediyi kimi də olur. Ölür və itini heç kimə vermir.
 
- İt sağ qalsaydı, sevinərdim. Qızımdan xatirə olardı. Polis bizə zəng edəndə axşam saat doqquz olardı. Yoldaşımla evdə idik. Ev telefonumuza zəng gəldi. Mən götürdüm. Qızımın öldüyünü mənə demədilər, yoldaşımı istədilər. Ona dedilər.
 
Bura qədər güclə dözmüşdü. Burda əsəbləri dözmür. Dodaqları titrəyir, gözü yaşarır.
 
Reyhan idmanla yanaşı, həm də peşəkar rəssam olub. Uşaqlıqdan rəsmi sevib. Bu qabiliyyət ona anasından keçib. Leyla xanım danışır ki, qızının rəssam olmağını istəmirmiş, hətta Reyhan çox istəsə də, ona müəllim tutmaqdan imtina edib. Sonradan qızının rəsmə olan böyük sevgisi anasının inadını da sındırır və onu məktəbə yazdırır. Məktəbi bitirən kimi qabiliyyət və test imtahanları verib Əzim Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olur.
 
Bu vaxt içəri Reyhanın atası girir. Qızının medallarını soruşur. Yoldaşı sürmələri axtarır, tapa bilmir.
  
Atası İlqar Məmmədov özü də idmançı olub. Elə Reyhanı da bu idman növünə o maraqlandırıb. Deyir, bir dəfə qızlarının hər ikisini də Qubaya aparıb, buzadırmanma üzrə yarışa. Qızının idmana gəlişini xatırlayır.
  
- Dedim, baxın, xoşunuza gəlsə, davam edərsiniz. Böyük qızım da bir az çalışdı, tez ailə qurdu, idmandan uzaqlaşdı. Amma Reyhan davam elədi.
 
İdmana başlayanda Reyhanın 15-16 yaşı varmış. Qısa müddət ərzində uğurlar qazanmağa da başlayır. Atası deyir, Reyhanın diplom və medalları onunkundan çoxdur. Sadəcə indi bilmir, hara qoyublar.
 
Reyhanın yasında iştirak edən məşq yoldaşı Könül kənardan onun indiyə kimi yarışlarında iştirak etdiyi ölkələri sadalamağa başlayır: Fransa, Rumıniya, Türkiyə və s. 
 
Atasına ayaq üstə zorla dayanıb. Sanki gücü tükənib, bu dəqiqə yıxılacaq. Divana əyləşir. Qızının rəsmlərinə baxır. Gözləri yaşarır: “Mən təkcə qızımı itirməmişəm, o həm də mənim dostum idi”.
 
Söhbət etdiyimiz məkan Reyhanın emalatxanası olub. Ətraf onun əl işləridir. Ötən il rəssamlıq məktəbindən məzun olub. Təhsilini İsveçdə davam etdirmək istəyirmiş. Bunun üçün də İsveç dili öyrənirmiş. Bakıda müəllim də tutublarmış. Ancaq amansız tale Reyhanın bütün gözəl arzularını bir zərbəyə sonlandırdı...

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az