Əfqan Sadıqov həbs edildi

Neftlə bağlı xoş xəbər: bundan sonra bahalaşacaq - ŞƏRH

"OPEC-in toplantısında qərar qəbul edilsə, qiymət daha da yüksək olacaq".

Bu sözləri qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban son günlər dünya birjalarında neftin qiymətinin artmasına münasibət bildirərkən deyib.

İlham Şabanın sözlərinə görə, neftin qiymətinin bahalaşması üçün hazırda heç bir siyasi motiv yoxdur: "Sadəcə OPEC və qeyri OPEC ölkələrinin toplantısı olacaq. Burda kvotanın 600 min barel azaldılması məsələsinə baxılacaq. Bu da bazar üçün çox önəmlidir. Dünən birjalarda neft 2015-ci ilin iyul ayından  sonra ilk dəfə 55 dolları keçdi. Müsbət bəyanatlar səsləndikcə, qiymət artımı müşahidə olunacaq. Ayın 10-da baş tutacaq OPEC-in toplantısında qərar qəbul edilsə, qiymət daha da yüksək olacaq. İndiki halda qiymət artımı normaldır".  

Ekspert qeyd edib ki, bundan sonra yanvar ayını gözləmək lazım gələcək: "Çünki yanvarda praktik tətbiqlər başlayacaq. Bu praktik tətbiqlərin nəticələri də qiymətdə özünü büruzə verəcək. Hazırda gedişat neftin bundan sonra kəskin düşməyəcəyini göstərir. Qiymət artımına ümidlər var".

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Neftlə bağlı xoş xəbər: bundan sonra bahalaşacaq - ŞƏRH - Milliyol.az