Əfqan Sadıqov həbs edildi

“Neftin yüksək qiyməti də təhlükəlidir” – “LUKoil” prezidenti


Rusiyanın “LUKoil” şirkəti neftin yüksək qiymətindən ehtiyat edir və RF-nin OPEC+ anlaşmasından yumşaq çıxışını dəstəkləyir

MilliYol.Az “Report” -a istinadən xəbər verir ki, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov Rusiya energetika həftəsində verib.

“Məni bu gün aşağı qiymət səviyyəsi kimi, yuxarı qiymətlər də qorxudur. Şəxsən, neftin qiymətinin 60-70 dollar/barel diapazonunda olmasının tərəfdarı deyiləm. Bu, 2014-cü ildəki vəziyyətin təkrarlanmasına səbəb ola bilər. Buna görə də zamanında anlaşmaya girdiyimiz kimi, zamanında da yumşaq şəkildə çıxmalıyıq ki, bazarda neft qıtlığı yaranmasın”, – V.Ələkbərov açıqlamasında bildirib.

“LUKoil”un rəhbəri OPEC+ anlaşmasının uzadılması ilə bağlı müzakirələri 2018-ci ilin ilk rübündə, neft qiymətlərinə uyğun aparmaq lazım gəldiyini vurğulayıb.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Neftin yüksək qiyməti də təhlükəlidir” – “LUKoil” prezidenti - Milliyol.az