Əfqan Sadıqov həbs edildi

Neftimizin qiyməti 118 dolları keçdi

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

MilliYol.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,78% və ya 2,07 dollar artaraq 118,17 dollar təşkil edib.

Dünən “Brent” markalı neftin bir bareli 112,35 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bu dövrdə xəbər yoxdur.

Neftimizin qiyməti 118 dolları keçdi - Milliyol.az