Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək "Neftçi” – "Səbail” oyununun biletləri bu gün günortadan sonra satışa çıxarılacaq
“Report” xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, senytbarın 29-da keçiriləcək matç saat 18:55-də başlayacaq. Oyundan əvvəl "Red Bull”un dəstəyi ilə azarkeşlər üçün müxtəlif əyləncələrin yer alacağı xüsusi fanzona yaradılacaq. Fanzonanın bütün təkliflərindən yararlanmaq üçün bilet alıb oyuna iki saat qalmış stadionda olmaq lazımdır.
MilliYol.az

































