Əfqan Sadıqov həbs edildi

“Neftçi“nin futbolçusu meydanda azarkeşi döydü


"Neftçi" - "Qarabağ" oyununda qalmaqal yaranıb. MilliYol.Az xəbər verir ki, hadisə matçın sonlarında baş verib.

Belə ki, qarşılaşmanın sonlarında azarkeşlər "Çingiz istefa" qışqırmağa başlayıb. 90-cı dəqiqədə Jayro Rodriges topu öz qapısına göndərərək avtoqol müəlifi olub. Bundan sonra bir azarkeş meydana çıxaraq futbolçulara öz etirazını bildirib. Buna əsəbləşən "Neftçi"nin futbolçusu Katalin Tira isə onu şillə-təpiklə vurmağa başlayıb.

Meydana çıxan azarkeşi polislər aparıb. Katalin Tiraya isə Ramil Diniyev qırmızı vərəqə göstərib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Neftçi“nin futbolçusu meydanda azarkeşi döydü - Milliyol.az