Əfqan Sadıqov həbs edildi

“Neftçi“ Malta klubuna uduzdu - VİDEO

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçirilir. MilliYol.Az xəbər verir ki, “Neftçi” doğma meydanda “Baltsan”la qarşılaşıb.

İlk oyunda 2:0 hesablı qələbə qazanan "Neftçi" növbəti mərhələyə vəsiqəni demək olar ki, həll etmişdi. Amma hər kəs "ağ-qaralar"dan Baltsan şəhərinin gənclərdən ibarət komandası ilə oyunda qələbə gözləyirdi. Lakin "Neftçi" bunun öhdəsindən gələ bilməyib.

Hesabı 20-ci dəqiqədə Jayro Rodriges açıb. "Baltsan" buna 51-ci dəqiqədə Lidon Misallefin qolu ilə cavab verib. 57-ci dəqiqədə Paul Feneş penaltidən yararlana bilməyib. Buna baxmayaraq, maltalılar qələbə qolunu vura bilib. 67-ci dəqiqədə dubl edən Misallef komandasına 2:1 hesablı qələbə qazandırıb.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

7 iyul
Neftçi (Azərbaycan) - Baltsan (Malta) 1:2
Qollar: Jayro Rodriges, 20 - Lidon Misallef, 51; 67.



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Neftçi“ Malta klubuna uduzdu - VİDEO - Milliyol.az