Əfqan Sadıqov həbs edildi

Neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar hazırlanıb


Azərbaycanda neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar artıq hazırlanıb

APA-Economicsin məlumatına görə bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu qaydaların hökumət tərəfindən təsdiq olunması gözlənilir: “Bu fiskal qaydalara Müşahidə Şurasında baxılıb və hökumətin təsdiq etməsi gözlənilir. Neft gəlirlərindən istifadə ilə bağlı müəyyən qayda olacaq və hər il bu qaydaya əsasən hesablanacaq”.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar hazırlanıb - Milliyol.az