Əfqan Sadıqov həbs edildi

Nefçala sakininin evində narkotik və avtomat silah aşkarlandı

Yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanılıb

DİN-in mətbuat xidmətindən virtualalaz.org-a daxil olan məlumata görə, baxış zamanı onun üzərindən 1,2 qram həşiş aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə “AKM” markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaıdırılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Nefçala sakininin evində narkotik və avtomat silah aşkarlandı - Milliyol.az