Əfqan Sadıqov həbs edildi

Nazirlikdən kütləvi ixtisarlarla bağlı xəbərə münasibət

"Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) kütvəli ixtisarların aparılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarda işçilərin kütləvi ixtisarı aparılmır.

Qeyd edilib ki, "Baktelekom" ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir.

"Hazırda "Baktelekom"da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür",- eyə məlumatda bildirilib.

Bu dövrdə xəbər yoxdur.

Nazirlikdən kütləvi ixtisarlarla bağlı xəbərə münasibət - Milliyol.az