Əfqan Sadıqov həbs edildi

Nazir keçmiş DYP rəisini post komandiri təyin etdi

Balakən rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru Babək Dadaşova yeni vəzifə verilib.

MilliYol.Az-ın Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Babək Dadaşov Zaqatala – Balakən yolunda yerləşən DYP-nin stasionar postuna komandir təyin edilib.

Qeyd edək ki, o, aprel ayında Balakən DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.