Əfqan Sadıqov həbs edildi

Naxçıvanda uşaq oğruları peyda olub? - Rəsmi açıqlama

Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

MilliYol.az-ın məlumatına görə, qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.

"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə "WhatsApp" hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, "WhatsApp" proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.

 

Bu dövrdə xəbər yoxdur.

Naxçıvanda uşaq oğruları peyda olub? - Rəsmi açıqlama - Milliyol.az