Naxçıvanda daha bir təyinat

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yeni direktor təyin edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu vəzifə Vüqar Babayevə həvalə edilib.

Qeyd edək ki, Vüqar Babayev bundan öncə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı.