Naxçıvan şəhəri “Gənclər paytaxtı” elan edilib


Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə Gənclər paytaxtı seçilib

 Naxçıvan şəhəri 2018-ci ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib.

"Report"un xəbərinə görə, bu barədə 2 fevral - Gənclər günü ilə bağlı "Buta Palace" sarayında keçirilən tədbirdə elan edilib.

Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.

"Gənclər paytaxtı"nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.
Naxçıvan şəhəri “Gənclər paytaxtı” elan edilib - Milliyol.az