Əfqan Sadıqov həbs edildi

Natavan Həbibi məşhur repçiyə ərə gedir

Tanınmış müğənni Natavan Həbibinin "Instagram"da paylaşdığı foto şou gündəmini zəbt edib. Belə ki, fotoda sənətçinin ailə quracağı şəxslə əl-ələ tutması, masada onların baş hərflərinin yazılması və Həbibiyə evlilik təklifi olunması müzakirə mövzusuna çevrilib.

MilliYol.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Natavanın mediadan gizlətdiyi şəxs məşhur repçi Dado Əliyevdir. Bundan başqa, repçinin əsl adı Səiddir və fotodan göründüyü kimi stol üzərində onun rəsmi adının baş hərfi, yəni “S” qeyd olunub. 
 
Bundan əlavə, Dado da rəsmi "Instagram" səhifəsində sözügedən fotonu paylaşıb
 
Bu məqamda qeyd edək ki, cütlük mərhum repçi Hüseyn Dəryanın xatirəsinə həsr olunmuş “Yat, dostum” adlı duet oxuyublar və birlikdə klipə çəkiliblər.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

Natavan Həbibi məşhur repçiyə ərə gedir - Milliyol.az