Müşviq “Ben bilmem eşim bilir“in aparıcısı ilə filmə çəkilir


Aktyor Müşviq Şahverdiyev yeni film çəkir

Axşam.az-ın məlumatına görə, aktyor yeni layihəsində türkiyəli aktyor Ufuk Özkanla baş rolu paylaşacaq. Müşviq bu barədə özü məlumat verib: 

“Bir filmi bitirib yenisinə başladıq. Yeni uğura imza atmaqdan zövq alıram. Bu dəfə “Artlemma Film” türk-azərbaycanlı kinoçuları bir araya gətirib. Möhtəşəm film çəkilişinə start verildi. Baş rolu paylaşdığım Ufuk Özkanla Azərbaycan-Türkiyə filminə uğurlu bir iş gətirəcəyimizə inanırıq”. 

Qeyd edək ki, Ufuk Özkan "Geniş ailə", "Hayat bazen tatlıdır" seriallarında çəkilib. Hazırda "Ben bilmem eşim bilir"in aparıcısıdır. 


MilliYol.Az