Əfqan Sadıqov həbs edildi

Müdafiə Nazirliyi: “Düşmənin X-55 taktiki pilotsuz aparatı vuruldu”


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan aid pilotsuz aparatın vurulması barədə məlumat yayıb

Məlumatda deyilir: "İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib".

*   *   *

Azərbaycan Silahlı Qüvvələri bu gün iyunun 19-da Ermənistan işğalçı qüvvələrinə aid pilotsuz kəşfiyyat təyyarəsini vurub. Virtualaz.org xəbər verir ki, məlumatı qondarma “dqr müdafiə nazirliyi” yayıb.

“İyunun 19-da saat 11.20 radələrində təmas xəttinin cənub-şərq istiqamətində müşahidə aparan pilotsuz uçan aparatımız rəqib tərəfindən vurulub”-məlumatda deyilir.

Bu, bir qədər qeyri-adi açıqlamadır. Çünki Azərbaycan tərəfi ermənilərin pilotsuz uçan aparatlarını tez-tez vurub salır, amma onların özləri heç vaxt bu barədə birinci xəbər vermirdi...

Bu dövrdə xəbər yoxdur.

Müdafiə Nazirliyi: “Düşmənin X-55 taktiki pilotsuz aparatı vuruldu” - Milliyol.az