Müdafiə Nazirliyi: “Bu cür primitiv saxtakarlığı, iyrənc yalanı şərh etmək istəmirik“

"Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər".

Bunu MilliYol.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. 

Nazirlikdən qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan növbəti uydurmadan da xəbərdardılar: "Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".

MilliYol.Az