Mübariz Mənsimov azadlıqda

Xəbər verdiyimiz kimi, bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

MilliYol.Az-ın məlumatına görə, şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə 5 il müddədinə cəza verilib. Məhkəmə qərarı ilə ona şərti cəza verilib və ölkə xaricinə çıxmasına qadağa qoyulub.