Əfqan Sadıqov həbs edildi

Moskvada qadın icazəsiz Azərbaycan səfirliyinə girmək istəyib


Moskvada yerli sakin zorla Azərbaycanın bu ölkədəki səfirliyinə daxil olmağa cəhd göstərib

APA-nın “life.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 8-də baş verib. Bildirilir ki, iş saatı bitdikdən sonra bir qadın səfirliyin binasının qarşısına gələrək içəri daxil olmağa çalışıb. O, mühafizəçi ilə dalaşıb və səfirliyin qapısını döyərək Azərbaycana getmək istədiyini deyib.
 
Adı açıqlanmayan qadın hadisə yerinə çağırılan polis tərəfindən saxlanılıb. Onun spirtli içki qəbul etdiyi bildirilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Moskvada qadın icazəsiz Azərbaycan səfirliyinə girmək istəyib - Milliyol.az