Əfqan Sadıqov həbs edildi

Moskva vilayətində “MiQ-29” qırıcı helikopteri qəzaya uğrayıb –Meşədə yerə çırpılıb  

Moskva vilayətində M.M.Qromov adına Uçuş-Tədqiqat İnstitutuna məxsus “MiQ-29” qırıcı helikopteri qəzaya uğrayıb

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, helikopter Dmitrovskoye kəndi yaxınlığında meşədə yerə çırpılıb. Helikopterin hər iki pilotu katapultla tullanmağa macal tapıb. Pilotlardan biri hazırda Jukovski şəhər xəstəxanasının reanimasiya bölməsindədir. Onun həyatı üçün təhlükə yoxdur.

Bildirilir ki, helikopter təlim-məşq uçuşu keçirərkən idarəetmə sistemində nasazlıq yaranması güman edilir.

Hadisə ilə əlaqədar xüsusi təhqiqat komissiyası yaradılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Moskva vilayətində “MiQ-29” qırıcı helikopteri qəzaya uğrayıb –Meşədə yerə çırpılıb - Milliyol.az