Əfqan Sadıqov həbs edildi

Moody’s-dan “Beynəlxalq Bank” açıqlaması



“Xarici öhdəliklər və toksik aktivlərin ötürülməsi də daxil olmaqla 2017-ci ilin sonunda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) restrukturizasiya prosesi başa çatıb”

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib.

Agentliyin mütəxəssisləri qeyd ediblər ki, restrukturizasiya prosesindən sonra bank kapital mövqeyini, aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb.

“Buna baxmayaraq, bankın gələcək inkişafı, kredit portfelinin böyüməsi, daimi baza gəlirinin yaxşılaşması, o cümlədən mövcud açıq valyuta mövqeyinin hedcləşdirilməsi ilə bağlı hələ də çağırışlar mövcuddur”, – deyə agentlikdən bildirilib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Moody’s-dan “Beynəlxalq Bank” açıqlaması - Milliyol.az