Əfqan Sadıqov həbs edildi

“Moody’s”: Bu il Azərbaycanda ÜDM 1,5% artacaq


“2017-ci ilin əvvəllərindən neft qiymətlərinin stabilləşməsi Azərbaycan iqtisadiyyatının sabitləşməsinə töhfə verib”

“APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.

Bildirilir ki, bu il iqtisadi artım 1,5% təşkil edəcək. “2018-ci ildə ölkədə tədiyyə balansı ÜDM-in 1%-i olmaqla profisitlə icra olunacaq. Müsbət ÜDM artımı ilə yanaşı tədiyyə balansının profisiti dövlət borcunun sabitləşməsinə yardım edəcək” – deyə sənəddə qeyd olunub.

Bu dövrdə xəbər yoxdur.

“Moody’s”: Bu il Azərbaycanda ÜDM 1,5% artacaq - Milliyol.az