Əfqan Sadıqov həbs edildi

MN: "Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib"

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə MilliYol.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

Bu dövrdə xəbər yoxdur.

MN: "Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib" - Milliyol.az