Mingəçevirdə yol qəzası: 4 yaralı


Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

"VAZ-2101" markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib.
Mingəçevirdə yol qəzası: 4 yaralı - Milliyol.az