Əfqan Sadıqov həbs edildi

Mingəçevirdə yol qəzası: 2 yaralı

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb

Nəsimi və Nərimanov küçələrinin kəsişməsində "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır. (report.az)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Mingəçevirdə yol qəzası: 2 yaralı - Milliyol.az