Əfqan Sadıqov həbs edildi

Mingəçevirdə yol qəzası: 2 yaralı


Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib

 "VAZ-21099" markalı avtomobil Sənaye Parkının yaxınlığında "Mitsubishi" markalı maşınla toqquşub.

Nəticədə biri yüngül olmaqla iki nəfər xəsarət alıb. Xəsarəti ağır olan 1986-ci il təvəllüdlü Yevlax rayon Qaraoğlan kənd sakini Adıgözəlov Səxavət Əhliman oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa)
Mingəçevirdə yol qəzası: 2 yaralı - Milliyol.az