Əfqan Sadıqov həbs edildi

Mingəçevirdə avtomobil aşıb: 1 yaralı


Səhər saatlarında Mingəçevir şəhər su anbarı hövzəsindəki çimərlik yolunda yol qəzası baş verib
”Report”un Şirvan bürosu xəbər verir ki, "Hyundai" markalı maşının dik yoxuşda idarəetmədən çıxaraq aşması nəticəsində Naftalan şəhərindən olan 1984-cü il təvəllüdlü sürücü Mustafayev Yasin Nazim oğlu ciddi xəsarət alıb.

Yaralı sıxılıb qaldığı avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə avtomobil aşıb: 1 yaralı - Milliyol.az