Əfqan Sadıqov həbs edildi

Metrodakı partlayışda ölən azərbaycanlı qızın FOTOLARI

Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilmiş terror aktı nəticəsində yaralanmış 20 yaşlı azərbaycanlı Əliyeva Dilbarə xəstəxanada dünyasını dəyişib.

Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olan Dilbarənin ölüm xəbəri onun sosial şəbəkə təqibçilərini hüzünə boğub.

Milli.az xəbər verir ki, mərhumun şəxsi fotolarının altına Dilbarənin ölüm xəbərinə təsirlənən dost-tanışları ürəkparçalayan şərhlər yazıblar.

Onlardan bir neçəsini təqdim edirik:

- "Niyə axı sən? Buna inana bilmirəm! Mən səni çox sevirəm! Allah o dünyanı versin, mələyim".

- Allah rəhmət eləsin... Valideynlərinə səbr diləyirəm. Şəklinə baxırıq və eşidirk ki, o, artıq həyatda yoxdur.

- Can, bala. Çox üzüldüm, qışqırmağım gəlir. Lənət olsun terrora. Məkanın cənnət olsun!"
 
MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Metrodakı partlayışda ölən azərbaycanlı qızın FOTOLARI - Milliyol.az