Əfqan Sadıqov həbs edildi

Metroda yenə problem yarandı

Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov virtualaz.org-a bildirib ki, hadisə səhər saat 08:17 radələrində "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda baş verib.

Qatarda qəfil nasazlığın yaranması həmin xətt üzrə hərəkət intervalında problem yaradıb. Nasazlıq 5-7 dəqiqə davam edib. Nəticədə digər qatarların hərəkət intervalı uzanıb.

Artıq nasaz qatar xətdən çıxarılıb və metroda qatarların intervalının bərpası ilə bağlı tədbirlər görülür.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Metroda yenə problem yarandı - Milliyol.az