Əfqan Sadıqov həbs edildi

Metroda gedişhaqqı artacaq? - Rəsmi açıqlama  

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

QSC-dən MilliYol.az-a verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir. İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi. Gedişhaqqı tariflərinin tənzimlənməsi isə Tarif Şurasının səlahiyyətindədir.

 

Bu dövrdə xəbər yoxdur.

Metroda gedişhaqqı artacaq? - Rəsmi açıqlama - Milliyol.az