Əfqan Sadıqov həbs edildi

Metroda cibgirlik edən keçmiş məhkum tutulub


İctimai nəqliyyatda cibgirlik edən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı Metropolitenində polis şöbəsinə müraciət edən paytaxt sakini G.Bədəlova “Gənclik” stansiyasının platformasında çantasından mobil telefonunun oğurlandığını bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum edilmiş Vüqar Əliyev olduğu müəyyənləşdirilib. Onun, həmçinin aprelin 22-də metronun “İçərişəhər” stansiyasının platformasında Ağdam rayon sakini İ.Məhəmmədlinin cibindən də mobil telefon oğurladığı müəyyən edilib.

Mobil telefonlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır.
Metroda cibgirlik edən keçmiş məhkum tutulub - Milliyol.az