Əfqan Sadıqov həbs edildi

"Messi dünya kubokuna görə ağlayır"


"Onun məqsədi dünya kubokunu qazanmaq, onu evə aparmaqdır. Bu, Messinin ən böyük arzularından biridir"

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu sözləri Argentina millisinin kapitanı Lionel Messinin anası Siliya Mariya Kuççitini deyib. O, oğlunun hətta buna görə ağladığını da gizlətməyib: "Onun hərdən necə əzab çəkdiyini və ağladığını görürük. Dünya kubokunu Argentinaya gətirməyi ən birinci o istəyir. Hamıdan çox Messi kuboku əldə etmək üçün hər şeyini verməyə hazırdır".

Qeyd edək ki, Argentina DÇ-2018-in qrup mərhələsində keçirdiyi ilk oyunda İslandiya ilə 1:1 hesablı heç-heçə edib. Cənubi amerikalılar mudialdakı ikinci görüşdə bu gün Xorvatiya ilə üz-üzə gələcəklər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

"Messi dünya kubokuna görə ağlayır" - Milliyol.az