Əfqan Sadıqov həbs edildi

Məşhur futbolçu intihar etdi

Fildişi Sahili milli komandasının sabiq üzvü Emanuel Ebue intihar edib

MilliYol.Az Milli.Az-a istinadən xəbər verir ki, veteran futbolçu ötən gün bacısının Londondakı evində özünü asıb. Uzun müddətdi depressiyada olan sabiq müdafiəçi bacısının evində ölü vəziyyətdə tapılıb.

“Arsenal” və “Qalatasaray” kimi klublarda forma geyinmiş cinah müdafiəçisi intihar etməzdən əvvəl hansısa qeyd yazmayıb. London polisinin yaxın saatlarda məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, keçmiş həyat yoldaşı 35 yaşlı futbolçunun var-dövlətini əlindən alıb. O, sonuncu dəfə Liverpul şəhərində mənzillərin birində yanğına səbəb olduğu üçün İngiltərə polisi tərəfindən həbs olunub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Məşhur futbolçu intihar etdi - Milliyol.az