Əfqan Sadıqov həbs edildi

“Mercedes” 45 yaşlı kişini vurub öldürdü


Sabunçu rayonunda maşın naməlum piyadanı vurub öldürüb

Trend-in məlumatına görə, hadisə rayonun Zabrat qəsəbəsində baş verib.

Bağırov Əbülfəz Mirzə oğlu idarə etdiyi 45-BB-444 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə Zabrat-2 qəsəbəsindən Məhəmmədi kəndinə gedərkən təxminən 44-45 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hələlik piyadanın şəxsiyyəti məlum deyil.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.



MilliYol.Az
“Mercedes” 45 yaşlı kişini vurub öldürdü - Milliyol.az