Əfqan Sadıqov həbs edildi

Mənsimovun şirkətindən böyük uğur - Dünyada 7-ci oldu

"Clarksons" analitik şirkəti yeni hesabatını açıqlayıb. MilliYol.Az xəbər verir ki, Tanker donanması gəmi sahiblərinin reytinqini hazırlayan şirkət "Palimali"ni diqqətdən kənarda saxlamayıb.

Belə ki, Mübariz Mənsimovun başçılıq etdiyi şirkət 7-ci yeri tutub. Amerika şirkətinin hesabatında bildirilir ki, "Palmali Shipping"in balansında 70 gəmi var. 

Dünyanın nəhəng şirkətlərinin yer aldığı siyahıda "Palmali"nin 7-ci yeri tutmasını Rusiya mediası böyük uğur kimi qiymətləndirib. Mənsimovun şirkəti siyahıda dünya nəhəngləri hesab olunan "Mitsui O.S.K. Lines" (151 gəmi), "Teekay Corporation" (108), "Ocean Tankers" (107), "A.P. Moller" (84), "Stolt-Nielsen" (80) və "Scorpio Group"dan (79) geri qalsa da, bir çox böyük şirkəti qabaqlayaraq dünya 7-cisi olub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Mənsimovun şirkətindən böyük uğur - Dünyada 7-ci oldu - Milliyol.az